Che’nin məşhur şəklinin tarixçəsi

16 Aralık 2015
1 657
0
Che’nin məşhur şəklinin tarixçəsi
Che’nin məşhur şəklinin tarixçəsi

Che’nin məşhur şəklinin tarixçəsi

Argentinalı marksist-inqilabçı və siyasətçi Ernesto Che Guevara‘nın məşhur şəkli olan “Guerrillero Heroico” adlandırılan bu fotonu demək olar ki, hər kəs görüb. Bu gün sizə həmin şəklin tarixçəsindən yazacağıq.

Che’nin məşhur şəklinin tarixçəsi

1960-cı il 5 mart tarixində La Coubre partlayışı zamanı həlak olan insanların dəfn mərasimində Che Guevara da iştirak edirdi. Həmin dəfn mərasimində olan fotoqraf Alberto Korda Che Guevara’nın da fotosunu çəkməyə nail olub. Foto çəkildikdən 7 il sonra yayımlanıb. Maryland Institute College of Art bu fotonu dünyanın ən məşhur fotosu və 20-ci əsrin simvolu olduğunu ifadə etmişdi. Bu fotonu dünyanın dörd tərəfində görmək mümkündür. Foto ən çox köynəklərdə, boyunbağılarında, divarlarda qraffiti kimi və digər yerlərdə əks olunur.

Che’nin məşhur şəklinin tarixçəsi

Korda Leica model Kodak Plus-X ilə bu fotonu çəkmişdi. Eyni lentdə Jean-Paul SartreSimone de Beauvoir’ın da fotoları var idi. Həmin dövrdə Kuba qəzetləri üçün daha dəyərli olan bu fotolar yayımlansa da, Che’nin şəkli yayımlanmamışdı. Karda bu fotonu özü üçün saxlamışdı.

Che’nin məşhur şəklinin tarixçəsi
Che Guevara’nın məşhur fotosunun yer aldığı fotolent.

2000-ci ildə içki firması olan Smirnoff’a qarşı fotoqraf Alberto Korda məhkəmə davası açmalı oldu. Səbəb isə Guevara’nın məhşur fotosunu araq şüşələri üzərində əks olunması idi. Korda açıqlamasında bildirmişdi ki, spirtli içki şirkətlərinin özlərini reklam etmək üçün qəhrəmanın şöhrətindən istifadə etməsinə qarşıdır. Korda məhkəmədə qələbə qazandı və təzminat olaraq içki firmasından 50.000 dollar pul aldı. Sonra həmin pulu Kuba Səhiyyə Sisteminə ianə olaraq bağışlamış və bunları demişdi: ”Əgər Che yaşasaydı, o da belə edərdi.”

Che’nin məşhur şəklinin tarixçəsi


Fuad Məmmədzadə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.