2015: Bu il Azərbaycanda nələr baş verdi?

15 Aralık 2015
1 927
3
2015: Bu il Azərbaycanda nələr baş verdi?
2015: Bu il Azərbaycanda nələr baş verdi?

2015: Bu il Azərbaycanda nələr baş verdi?

Artıq yavaş-yavaş 2015-ci ilin sonuna gəlirik. İstər dünyada, istərsə də Azərbaycanda bu il xeyli sayda hadisə baş verdi.Yeni il yaxınlaşdıqca ötən ildə baş verənlərlə bağlı yazı seriyaları hazırlamağa qərar verdik. İl ərzində incəsənətdən tutmuş, idmana, siyasətdən tutmuş müharibələrə qədər həm ölkəmizdə, həm də dünyada baş verənləri xatırlamaq və qısaca geriyə baxmaq üçün dekabr ərzində yazılar təqdim edəcək. Bu gün isə Azərbaycanda 2015-ci ildə baş vermiş əsas hadisələrlə başlayırıq.

2015: Bu il Azərbaycanda nələr baş verdi?

21 fevral: Manatın ucuzlaşması

2015: Bu il Azərbaycanda nələr baş verdi?

2015: Bu il Azərbaycanda nələr baş verdi?

Keçən ildən başlayaraq neftin uçuzlaşmasının Azərbaycana da təsir edəcəyini hər kəs gözləyirdi. Bu ilin əvvəlində Milli Bankın devalyasiyaya etmə qərarı hər kəsdə şok yaratmasıyla bərabər, gündəlik həyatımızda və sosial şəbəkələrdə ən çox müzakirə etdiyimiz mövzulardan biri idi. Qəbul edilən qərara əsasən dolların məzənnəsi 1 manat 5 qəpik səviyyəsində, Avronun məzənnəsi 1 manat 19 qəpik, Rublun manata nisbətən məzənnəsi isə 0,013 manatdan 0,017 manatadək artmışdı.

2015: Bu il Azərbaycanda nələr baş verdi?

28 fevral: Bobbi Makferrinin konserti

2015: Bu il Azərbaycanda nələr baş verdi?

2015: Bu il Azərbaycanda nələr baş verdi?

Bakının konsert zalları da maraqlı hadisələrə ev sahibliyi etdi. Don`t Worry, Be Happy” mahnısı ilə milyonların qəlbini fəth edən Bobbi Makferri Bakıda konsertlə çıxış etdi. On dəfə “Grammy” laureatı alan Bobbi peşəkarlar arasında maraqlı və rəngarəng vokalist kimi tanınır. O, pop musiqi ilə yanaşı, caz və klassik musiqiləri də gözəl ifa edir.

2015: Bu il Azərbaycanda nələr baş verdi?

19 may: Binəqədi yanğını

2015: Bu il Azərbaycanda nələr baş verdi?

2015: Bu il Azərbaycanda nələr baş verdi?

May ayında Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən yanğında 15 nəfər vəfat etmiş, 50-dən çox insan isə yaralanmışdı. Yanğının səbəbi olaraq binalarda üzlük olaraq istifadə edilən penoplast idi. Hər kəsin çox təsirləndiyi bu dəhşətli hadisədən sonra, Bakıda 283 yaşayış binasında bu materialdan istifadə olunması əhali tərəfindən narahatçılığa səbəb oldu və yay ərzində icra hakimiyyətləri həmin binaları başqa üzlüklərlə dəyişdirdi.

2015: Bu il Azərbaycanda nələr baş verdi?

12 iyun – 28 iyun: Avropa Oyunları

2015: Bu il Azərbaycanda nələr baş verdi?

2015: Bu il Azərbaycanda nələr baş verdi?

Olimpiya Komitəsi tərəfindən yaradılan və ilk dəfə Bakıda keçirilən idman oyunları iki həftə davam etdi. Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışdı. Avropanın fərqli ölkələrindən gələn idmançılar bu oyunlar üçün inşa olunan idman zallarında və Olimpiya stadionunda yarışdılar.

Avropa oyunlarının sdownloadimvolu nar və ceyrandan ibarət idi. Bu maskotlar da sosial mediada xeyli müzakirə edildi.

Ancaq Avropa Oyunları sadəcə idman hadisəsi kimi müzakirə olunmadı. Universitet tələbələrinin könüllü olaraq cəlb olunması, daha yaxşı təşkilatçılıq iddiası ilə qoyulan qadağalar və neftin ucuzlaşdığı dövrdə bu qədər böyük büdcəli tədbirin keçirilməsi cəmiyyətdə birmənalı olaraq qarşılanmadı.


2015: Bu il Azərbaycanda nələr baş verdi?

11 avqust: Göygöl istirahətə açıldı

2015: Bu il Azərbaycanda nələr baş verdi?

2015: Bu il Azərbaycanda nələr baş verdi?

Yayın sonlarına doğru Azərbaycanın ən mənzərəli yerlərinin başında gələn Göygölün girişinə qoyulan məhdudiyyətlər uzun illərdən sonra aradan qaldırıldı. 2008-ci ildə ekoloji təmizlik və infrastrukturun yenilənməsi məqsədilə bağlanan Göygöl nəhayət bu il yenidən xalqın istirahətinə açılıb. Gəncədən xüsusi avtobusların gedəcəyi Göygöl il ərzində insanların axınına məruz qalıb.

2015: Bu il Azərbaycanda nələr baş verdi?

3 oktyabr: Baku Bus

2015: Bu il Azərbaycanda nələr baş verdi?

2015: Bu il Azərbaycanda nələr baş verdi?2015: Bu il Azərbaycanda nələr baş verdi?

Bu il nəqliyyat sistemində də vərdişlərimizi dəyişdirəcək yenilik baş verdi. İlk əvvəl, həm metro,həm də avtobuslarda işlədilə bilən BakıKart’dan sonra, kartla işləyən qırmızı BakuBus Bakı kütləvi nəqliyyatında yenilik idi. Bundan əlavə, uzun müddət hər kəsin gözlədiyi Hava Limanından 28 may və Koroğlu metrosuna birbaşa gələn avotbus xəttinin açılması da bu il baş verdi.

2015: Bu il Azərbaycanda nələr baş verdi?

1 noyabr: Parlament seçkiləri

2015: Bu il Azərbaycanda nələr baş verdi?

2015: Bu il Azərbaycanda nələr baş verdi?

2015-ci il siyasət səhnəsində də önəmli il hesab edilirdi. Payızda Milli Məclisin növbəti çağırışı üçün seçkilər keçirildi. Ancaq İctimai Televiziyada seçki debatlarının olmaması və müxalifətin aktiv iştirak etməməsi daha sakit keçməsinə səbəb oldu. Seçkilər zamanı baş verən pozuntular da cəmiyyətdə geniş müzakirə edildi.

2015: Bu il Azərbaycanda nələr baş verdi?

26 noyabr: Nardaran hadisələri

2015: Bu il Azərbaycanda nələr baş verdi?

2015: Bu il Azərbaycanda nələr baş verdi?

26 noyabr 2015-ci ildə Bakının Nardaran qəsəbəsində baş vermiş, 7 nəfərin ölümü, 4 nəfərin yaralanması və 14 nəfərin həbs olunması ilə nəticələnən qarşıdurma ilin ən “isti” hadisələri biri oldu. Həlak olanlardan 2-si DİN-nin əməkdaşı, digər 5 nəfər isə qəsəbə sakinləri olmuşdur. Hadisədən sonra Nardaranlılar qəsəbədə etiraz aksiyası keçirsə də, hələ də narazılıq tam yatışdırılmış hesab edilə bilməz.

2015: Bu il Azərbaycanda nələr baş verdi?

4 dekabr: Günəşli yatağında yanğın

2015: Bu il Azərbaycanda nələr baş verdi?

2015: Bu il Azərbaycanda nələr baş verdi?

2015-ci ilin bir başqa kədərli xəbəri isə Xəzər Dənizindən gəldi. Ötən həftə güclü küləyin təsiri ilə zədə alan qaz boruları platformada irimiqyaslı yanğının çıxmasına səbəb oldu. Xilasedici vertolyotlar və gəmilərin platformaya yaxınlaşa bilmədiyinə görə işçilər qayıqla uzaqlaşmağa çalışması yanğını faciəyə çevirdi və qayıqlardan biri güclü dalğaların təsiri ilə çevrilərək, 32 nəfərin ölümünə səbəb oldu.


Pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Айнур
    Hem uzucu Hem de sevindirici hadiseler olub 2015 de İnşAllah 2016 ci her kes üçün oğurlu il olsun
  2. AleDa
    • AleDa
    • 15 Aralık 2015 16:34
    Allahim 2015 tez getsin.Menim ucun cox pis il oldu.Insallah 2016 her kes ucun ugurlu bir il olar..2015de yasadiqlarimizi 2016da yasamariq..Amin.. 14
  3. sevgi^_^
    19 may birde 4 dekabr hadiseleri hec yadimnan cixmaz en tesirli en pis facie idi (( heyif Allah bizleri uzag etsin bu cur hadiselerden Amin
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.