Fotoqraf Lyokin’in Quba, Qrız səfərindən əsrarəngiz fotolar

27 Aralık 2015
3 036
2
Fotoqraf Lyokin’in Quba, Qrız səfərindən əsrarəngiz fotolar


Fotoqraf Lyokin’in Quba, Qrız səfərindən əsrarəngiz fotolar

İstedadlı azərbaycanlı fotoqraf Lyokinin Qrız səfərini oxuyaq və çəkdiyi şəkillərdən həzz alaq:

“İlk dəfə Qrız kəndində 2014-cü ildə olmuşam. Qızmar yay günü idi. Biz düşərgə saldığımız Çayqovuşandan (Elikçayla Qudyalçayın qovuşduğu yer) Qrıza və ordan “99 dolama” adlı cığırla Cek kəndinə getməyi planlaşdırırdıq. O vaxtı Qrızda 15 dəqiqədən çox qalmadıq, yolu soruşub kəndi tərk etmişdik…

Qrıza növbəti səfərim qışın soyuq gününə təsadüf etdi. Açıq səma və parlaq ulduzlar altında qardan örpək örtmüş kənd qarşımda idi..



Bu cür hava şəraiti inanılmaz kadrlar çəkməyə imkan verdi. VIII əsrin Əbu Müslim məscidini, Qafqaz dağlarının üstündə ulduzların hərəkətini çəkməyə nail oldum.





Sübh tezdən Qudyalçayın kiçik qolunda yerləşən donmuş şəlaləyə getdik. Bizi qonaq edən ev yiyəsinin gənc oğlu ¬– Ramin, bizə bələdçilik edirdi. Sübh çağı, açıq səma və –15°C dərəcə şaxta —hər zaman çox gözəl rənglər deməkdir.



Şəlalə təzəlikçə donmuşdu. Onun ətəyində olan buz çox nazik idi və mən ora yaxınlaşanda məni saxlaya bilmədi.





Şəlalə sanki mağaranın içində yerləşir.







Geri qayıtdıqdan sonra yerli camaatla söhbət etdik və az sonra kəndi tərk etdik. Qrızdəhnə kəndinə qədər piyada getməli idik. Çünki, gələndə, dərin qara görə maşını orda saxlamışdıq, Qrıza isə bizi bir kənd sakini təkərləri zəncirlənmiş UAZ-la gətirmişdi.

Qrız kəndinin özünəməxsus gözəlliyi var. Yol çətin olduğundan qonaqlar bura gec-gec gəlir, lakin kənd sakinləri onları həmişə sevinclə qarşılayırlar. Qrızda yalnız bir gün qaldım və anladım ki, onun gözəlliyini görmək üçün bəlkə bir ay da yetməz…

Mütləq çalışacağam ki, bura bir daha gəlim.”



Pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    maraqli fotolardir paylawim ucun cox sag olun)
  2. alara
    • alara
    • 27 Aralık 2015 15:57
    cox menzereli sekilerdir mende getmek istedim sanslisan
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.