Səmanın bəzəyi Ulduzlar haqqında bilmədiklərimiz

20 Aralık 2015
4 872
1
Səmanın bəzəyi Ulduzlar haqqında bilmədiklərimiz
Səmanın bəzəyi Ulduzlar haqqında bilmədiklərimiz

Səmanın bəzəyi Ulduzlar haqqında bilmədiklərimiz

Ulduzlar ətrafına işıq və istilik saçan qazdan ibarət səma cisimləridir. Əsrlər boyu bir çox alim səmadakı hadisələri tədqiq etməklə məşğul olsa da, böyük nəticələrə nail olmuş yeganə alim Galileo’dur. İtalyan fizik və astronom Galileo öz adını daşıyan bir teleskop yaradaraq, göydəki ulduzları tədqiq etmişdir. Sonra isə teleskoplar inkişaf etdirilərək, müasir astronomiyanın təməlinin atılmasına gətirib çıxarmışdır.

Səmanın bəzəyi Ulduzlar haqqında bilmədiklərimiz

Səmanın bəzəyi Ulduzlar haqqında bilmədiklərimiz

Səmanın bəzəyi Ulduzlar haqqında bilmədiklərimiz

Ulduzları rənglərinə və yaşlarına görə 3 yerə ayırmaq mümkündür: Yaşlı ulduzlar qırmızı rənglidir. BBC-nin məlumatına əsasən, ulduzların yaşı eyni zamanda fırlanma sürətləriylə də əlaqəlidir. Ulduzlar yaşlandıqca fırlanma sürətləri da azalır. Amerikalı alimlərin hesablamaları nəticəsində bir milyard ildən yaşlı ulduzun fırlanma sürətinin ölçülməsi mümkün olmuşdur. Hesablamalar da proqnozlara yaxın çıxmışdır.

Orta yaşlı ulduzlar sarı rənglidir. Orta yaşlı ulduzlardan olan və Dünyamızı isidən Günəş Yerə ən yaxın ulduzdur – 8 işıq dəqiqəsi (149.6 milyon km) uzaqlıqdadır.

Gənc olan ulduzlar isə mavi və ya ağ rəngdədirlər. Ulduzların ömrü böyüklüyü ilə mütənasibdir. Böyük ölçülü ulduzlar enerjilərini çox tez sərf edir və ölümləri də tez baş verə bilir. Kiçik ulduzların isə ömürləri daha uzun olur. Böyük bir ulduz öldükdə adətən qara dəliyə, ya da süpernovaya (bəzi ulduzların nüvə reaksiyaları nəticəsində çox şiddətli partlayışı) çevrilir.

Səmanın bəzəyi Ulduzlar haqqında bilmədiklərimiz

Səmanın bəzəyi Ulduzlar haqqında bilmədiklərimiz

Səmanın bəzəyi Ulduzlar haqqında bilmədiklərimiz

Bəs ulduzların malik olduğu enerjinin mənbəyi haradan gəlir? Ulduzların tərkibində hidrogendən tutmuş ağır dəmirə qədər bir çox element var. Dəmirə qədər olan elementlər nüvə reaksiyaları, dəmirdən ağır elementlər isə böyük ulduzların partlaması ilə yaranan süpernova’ların ortaya çıxardığı çox böyük enerji sayəsində meydana gəlir. Ulduzlar ilk olaraq enerjisini hidrogeni heliuma çevirərək istehsal edirlər. Nüvədəki hidrogen atomlarının bitməsilə də helium atomları birləşir və reaksiya nəticəsində karbon atomuna çevrilirlər. Heliumların yanması da mərkəzdəki temperaturu artırır və ulduzun içindəki təzyiq artmağa başlayır. Bu da ulduzun genişlənməsinə səbəb olur və qırmızı bir top kütləsi formalaşmağa başlayır.

Səmanın bəzəyi Ulduzlar haqqında bilmədiklərimiz

Səmanın bəzəyi Ulduzlar haqqında bilmədiklərimiz

Səmanın bəzəyi Ulduzlar haqqında bilmədiklərimiz

Ulduzların adlandırılması Babillər dövrünə əsaslanır. Məlum olan ulduzların çoxuna ərəb dilində və ya latınca adlar verilmişdir. Antik yunanlar tərəfindən ulduz olduğu hesab edilən, hazırda isə planet olduqları məlum olan Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran, Neptun hərəsi bir tanrının rəmzi sayılırdı.

Səmanın bəzəyi Ulduzlar haqqında bilmədiklərimiz

Bəs bürc nədir?


Bürc göy üzündə bir-birinə görə vəziyyətləri hər zaman eyni qalan (minlərlə il sonra fərqlənə bilərlər), dəyişməyən ulduzlar birliyidir. Hal-hazırda göy üzündə 88 bürc ulduzu məlumdur. 48 bürc ulduzunun adı və mövqeyi 18-ci əsrə qədər məlum idi. Qalan 40 bürc ulduzu isə 17-18-ci əsrlərdə kəşf edilmişdir. Bürcləri təşkil edən hər bir ulduzun adı var. Bu adlar Yohannes Bayer metodu ilə müəyyənləşdirilmişdir. Ulduzlar yunan əlifbasındakı hərflərə görə adlandırılmışdır. Məsələn alfa (α) parlaq, Beta (β) isə daha az parlaqdır. Daha sonra bu sistem kifayət olmadıqda, yunanca hərflər əvəzinə saylar istifadə edilməyə başlanmışdır.

Səmanın bəzəyi Ulduzlar haqqında bilmədiklərimiz

Səmanın bəzəyi Ulduzlar haqqında bilmədiklərimiz


Pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Alev..
    • Alev..
    • 20 Aralık 2015 13:43
    -Bildiklərim də vardı
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.