Laymlı pirojnalar (foto-resept)

23 Aralık 2015
2 097
0
Laymlı pirojnalar (foto-resept)
Laymlı pirojnalar (foto-resept)

Tərkibi:

əsas:

1 st. un
1/4 st. şəkər pudrası
1/4 ç.q. dəniz duzu
110 q kərə yağı

iç:

2/3 st. təzə laym şirəsi (təxminən 6 ədəd laymın)
1 1/4 st. şəkər tozu
1/4 st. un
4 yumurta
2 ç.q. laym sedrası
yaşıl qida boyası (ispanaq şirəsi də götürə bilərsiniz, vam odda 30-40 dəqiqə qaynatmaqla)

(stəkan = 240 ml, forma - 20-22 sm)


Hazırlanması:

Sobanı 175 dərəcə qızdırın.

İri qabda şəkər pudrası, un və dəniz duzunu qarışdırın. Soyuq kərə yağını kubik doğrayıb əlavə edin, yaş qum halına düşənədək barmaqlarınızla ovun.

Yağlanmış formanın içinə tökün, barmaqlarınızla basa-basa döşəyin.

20-25 dəqiqə, qızılı rəng alanadək bişirin.

İç: şəkər tozunu unla qarışdırın, yumurtaları bir-bir əlavə edib hər birindən sonra yaxşıca çalın. Sedra, laymın şirəsi və gözəl yaşıl rəng alınanadək qida boyası əlavə edib eynicinsli kütlə alınanadək çalın.

İçi qaynar korjun üzərinə töküb sobada daha 20 dəqiqə bişirin.

Hazır iç bir az bərkiməli, əsməməlidir.

Formada tam soyudun, sonra şəkər tozu səpin


Laymlı pirojnalar (foto-resept)

Laymlı pirojnalar (foto-resept)

Laymlı pirojnalar (foto-resept)

Laymlı pirojnalar (foto-resept)

Laymlı pirojnalar (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.