350 min kitabı olan nağılvari kitabxana

22 Ocak 2016
2 101
2
350 min kitabı olan nağılvari kitabxana
350 min kitabı olan nağılvari kitabxana

350 min kitabı olan nağılvari kitabxana

Kitabxanaları tez-tez elm ocağı adlandırırlar. Lakin elə kitabxanalar da var ki, onlar nəinki nəhəng elm ocağıdırlar, həm də gözəlliyiylə insanı məftun edirlər. Braziliyada yerləşən Real Gabinete Portugues de Leitura kitabxanası sizi özünə məftun edəcək dərəcədə gözəldir. Kraliyyət oxu zalı 1880-87-ci illər ərzində memar Rafael da Silva e Castronun rəhbərliyi altında inşa edilmişdir. Bu gün kitabxananın fondunda portuqal ədəbiyyatının ən böyük kolleksiyası saxlanılır. Burada siz 350 mindən çox nəşr tapa bilərsiniz.

350 min kitabı olan nağılvari kitabxana

350 min kitabı olan nağılvari kitabxana
Real Gabinete Portugues de Leitura Kitabxanası

Kitabxana Rio-de-Janeiro da yerləşir və ingilisdilli mənbələrdə adı Royal Portuguese Reading Room və ya Royal Cabinet olaraq keçir. Portuqal dilində olan qiymətli nəşrlərdən əlavə, kitabxana həm də əsl memarlıq möcüzəsidir. Oxu zalı portuqal memarlıq üslubu olan neomanuelino üslubunda tikilib. Bu üslub qotik və Renessans epoxasının elementlərini özündə birləşdirir. Məhz bu üslub da böyük coğrafi kəşflər dönəmində olduqca məşhur idi.

350 min kitabı olan nağılvari kitabxana

350 min kitabı olan nağılvari kitabxana

Kitabxanın tikintisi üçün lazım olan xüsusi materiallar Lissabondan idxal edilirdi. Zalların içinə daxil olduqda siz hündür divarlar boyu yuxarıya qədər düzülmüş kitabların yaratdığı ovsunlayıcı atmosferin sehrinə düşürsünüz. İnteryerdə qızılı mebellərdən, təbii ağac materiallarından istifadə edilib. Çilçıraqlar da xüsusi qeyd edilməlidir. Məkanda bir neçə abidə, divarlarda isə medalyonlar var.

350 min kitabı olan nağılvari kitabxana

350 min kitabı olan nağılvari kitabxana

Bu portuqal kitabxanası həm öyrənmək, həm də gözəlliyindən zövq almaq üçün heyrətamiz yerdir. Əsrlərin əlavə etdiyi sirr və gözəllik sizi ovsunlayacaq. Burada elm və incəsənət ən gözəl yollarla birləşib.

350 min kitabı olan nağılvari kitabxana

350 min kitabı olan nağılvari kitabxana


Pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Bella
    • Bella
    • 29 Ocak 2016 22:09
    Necə gözəl kitabxanadır! Çox xoşuma gəldi. Bura gələnlər yəqin ki, oxumaqdan çox bu gözəlliyə baxarlar))Bir sözlə,möhtəşəm !!!
  2. AluRa
    • AluRa
    • 25 Ocak 2016 13:57
    Ux tii ne cox kitab var. Melumatim yox idi bu kitabxana haqqinda, sayende melumatlanmis oldum.Cox sagol
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.