Dünyanın 10 ən qəribə kitabxanası
Elektron kitablar və tabletlərin kitabları əvəz etməsi mövzusunda bitib-tükənməyən mübahisələr insanları e-kitabçılar və kitabxana tərəfdarları adlanan iki cəbhəyə bölüb. Lakin bütün bunlara baxmayaraq, hər iki tərəfin də məqsədi birdir – hansı üsulla olursa olsun, maariflənmək. Hər iki üsulun istifadə edildiyi cəmiyyətə uyğun faydaları mövcuddur. Müasir dövrümüzdə təkcə kitablar deyil, kitabxanalar da təkamülə məruz qalır. Qeyri-adi görünüşlü kitabxanalar insanları öz interyer və eksteryeriylə heyrətləndirir.
Alex Johnson “Improbable Libraries” adlı kitabında dünyanın ən qəribə və qeyri-adi kitabxanalarını bir yerə toplamışdır.Sizə Alex Johnson’un seçdiyi bəzi kitabxanaları təqdim edirik:
1. Kitab velosipedi Philadephia’da Haley Tricycles tərəfindən bir yükdaşıma velosipedi olaraq hazırlanıb. İnsanlar bu kitabxana- velosipedləri gördükləri yerdə kitab bəxş edə bilirlər.
2. Monqolustanda uşaq “kitabxanası”
3. Meksikanın paytaxtı Mexikoda Mobil İncəsənət Kitabxanası. Hərəkət edən qapı-divarlar üzərində minlərlə xırda dəliklər açılmış dəmir lövhələrdir. Bu da həm axşam, həm də səhər işığın bu dəliklərdən daxil olaraq, əla effekt yaratmasına şərait yaradır.
Fotografía de Arquitectura
4. Burundi Respublikasının Muyinga şəhərində yerləşən bu xüsusi kitabxana eşitmə problemli uşaqlar üçündür.
5. Occupy Wall Street etiraz aksiyaları zamanı küçədə qurulmuş xüsusi kitabxana
6. Sidney çimərliklərindən birində insanların çimərlikdə də səmərəli vaxt keçirmələri üçün yaradılmış çimərlik kitabxanası
7. Taylandın istirahət mərkəzlərindən biri olan Soneva Kiri’də uşaqlar üçün kitabxananın eksteryer və interyeri
8. Arizonada “Kiçik azad kitabxana”
9. Kansas Şəhər İctimai Kitabxanası bütün dünyada kitab rəfinə yerləşdirilmiş kitablar formasındakı eksteryeriylə məşhurdur.
10. Raul Lemesovun bu işi ən böyük silahın məhz kitablar və bilik olduğunu simvolizə edir. Buenos Aires, Argentina.
Pahoo.az