Hər Həftə Bir Kitab Oxumağa Nail Olmaq Üçün 6 Tövsiyə

14 Şubat 2016
3 089
2
Hər Həftə Bir Kitab Oxumağa Nail Olmaq Üçün 6 Tövsiyə
Hər Həftə Bir Kitab Oxumağa Nail Olmaq Üçün 6 Tövsiyə

Hər Həftə Bir Kitab Oxumağa Nail Olmaq Üçün 6 Tövsiyə

Hər həftə bir kitab oxumaq qarşısınıza məqsəd qoymusunuz və bu sizə çətin görünürsə, heç təşvişə düşməyin. Əlbəttə, “Müharibə və Sülh”ü bir həftəyə oxuyub bitirə bilməzsiniz. Lakin, bir çox kitab üçün bu mümkündür. Sizə sadəcə bir neçə üsulu öyrənmək və onları düzgün tətbiq etmək lazımdır.

Sizə bu işdə kömək edəcək 6 tövsiyəni təqdim edirik:

Hər Həftə Bir Kitab Oxumağa Nail Olmaq Üçün 6 TövsiyəHər Həftə Bir Kitab Oxumağa Nail Olmaq Üçün 6 Tövsiyə

Mütaliə planı tərtib edin

Hər Həftə Bir Kitab Oxumağa Nail Olmaq Üçün 6 Tövsiyə

Oxumaq istədiyiniz kitabı əvvəlcədən müəyyənləşdirin. Bu məqsədinizə tez çatmaq üçün ən vacib addımlardan biridir. Çünki, bir çoxumuz oxumaq istədiyim kitabların siyahısını dayanmadan artırırıq və bu da çoxluq içində çaşqınlıq yaşamağa səbəb olur.

Sizə maraqlı olan düzgün kitablar seçin

Hər Həftə Bir Kitab Oxumağa Nail Olmaq Üçün 6 Tövsiyə

Əgər mövzu sizə maraqlı deyilsə, həmin kitabı oxumaq da olduqca çətin olacaq. İlk əvvəl sizə maraqlı olan mövzuları müəyyənləşdirməli, daha sonra həmin üslubda və ya sahədə yazılmış kitabları araşdırmalısınız. Bu bir az vaxtınızı alsa da, daha sonra işinizi asanlaşdıracaq. Həm maraqlı kitab oxumuş olacaqsınız, həm də yeni bir çox məlumat əldə edəcəksiniz. “50” səhifə prinsipinə uyğun hərəkət edin. Bu prinsipə görə, əgər kitabın ilk 50 səhifəsini bəyənmədinizsə, çətin ki daha sonra onu bəyənəsiniz.

Kiçik addımlarla irəliləyin

Hər Həftə Bir Kitab Oxumağa Nail Olmaq Üçün 6 Tövsiyə

Əgər kitabın həcmi böyükdürsə, onu bir həftəyə oxumaq sizə çətin gələ bilər. Qarşınızda duran vəzifəni daha aydın anlamaq üçün, kitabın ümumi səhifələrinin sayını 6-ya bölün və gün ərzində alınan rəqəm qədər səhifə oxumağı hədəf seçin. Bir günü isə beyniniz üçün istirahət günü elan edin.

Xüsusi vaxt

Hər Həftə Bir Kitab Oxumağa Nail Olmaq Üçün 6 Tövsiyə

Vaxt azlığı hər bir şey üçün əsas problemdir. Biz öz xobbilərimizlə məşğul olmaq üçün vaxt tapa bilmir, tapdıqda isə özümüzü sevdiyimiz şeylə məşğul olduğumuza görə sanki günahkar hiss edirik. Siz də belə etməyin. Kitab oxumaq üçün xüsusi vaxt ayırın və bu vaxt ərzində başqa heç nə ilə məşğul olmayın. Diqqətinizi yayındaracaq hər şeyi uzaqda saxlayın.

Elastik cədvəl

Hər Həftə Bir Kitab Oxumağa Nail Olmaq Üçün 6 Tövsiyə

Kitabların səhifə sayı bir-birindən kəskin şəkildə fərqlənə bilər. Bəzi kitablar 300, digərləri isə daha böyük ola bilər. Bu cür kitabları bir həftə ərzində oxumaq mümkün deyil. Hətta bu mümkün olsa da, beyini bu qədər yükləmək sizə fayda verməz. Bəzi kitablar üçün cədvəlinizdə dəyişiklik etməyə və onlara daha çox vaxt ayırmağa hazır olun.

Boş vaxtınızı mütaliəyə ayırın

Hər Həftə Bir Kitab Oxumağa Nail Olmaq Üçün 6 Tövsiyə

Boş vaxtınız olan kimi kitabın bir neçə səhifəsini oxuyun. Bu cür kiçik oxularla siz gün ərzində oxumalı olduğunuz materialı daha da asanlaşdıra bilərsiniz.

Hər Həftə Bir Kitab Oxumağa Nail Olmaq Üçün 6 TövsiyəHər Həftə Bir Kitab Oxumağa Nail Olmaq Üçün 6 Tövsiyə


Pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Jessica
    Çox deyerli və lazımı meslehetderdi kitab oxumaq üçün behane yox vaxd yaratmalıyıq ele boş boş şeylere vaxd sef ediriki zamanımızın qedrinin bilmirik əla xeberdi Saffoş ellerine salıq 64
  2. alara
    • alara
    • 14 Şubat 2016 19:16
    her gun kitab oxuyuram dersle bagli amma elave kitablarda oxuyuram kitab oxumaq maraqli gelir mence oxumuyanlara bu xeberi oxusunlar
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.