Kitaba vaxt tapmağın 11 üsulu

29 Kasım 2015
3 539
6
Kitaba vaxt tapmağın 11 üsulu
Kitaba vaxt tapmağın 11 üsulu

Kitaba vaxt tapmağın 11 üsulu

Çoxlarının kitab oxumağa doğrudan da vaxtı yoxdur. Kitab oxumağı sıx qrafikə sığdırmaq üçün nə etməli? Artıq vaxtı olmayan, amma kitab oxumağı çatdıran şəxslərin məsləhətlərini Oxu Zalı hazırlayıb. Sizə həmin üsulları təqdim edirik.

1. Qərb ölkələrində indi bu problemin geniş yayılmış bir çıxış yolu var: “Kitab oxumağa vaxtın yoxdursa, kitabların audio versiyalarını al, yolda, idman zalında, işlərini görəndə dinlə.” Azərbaycanda isə audio-kitablar hələ real imkan deyil.

2. Bir çoxlarının kitab oxumağa vaxtı olmadığından yeni kitablar almırlar, alanda da az alırlar.

Halbuki evində 10-15 yeni kitab görən insana daimi “Bizi oxu, bizi oxu” mesajları ötürülür. Odur ki, əvvəlcə çoxlu kitab almaq lazımdır. 600 səhifəlik yox, nazik kitablar.

Kitaba vaxt tapmağın 11 üsulu

3. Nəyisə qurban verməlisən. Yatmaq vaxtından, iş vaxtından, dostlar və ya ailə üzvləriylə keçirdiyin vaxtdan gündə bir qədər kəsə bilərsən. Əgər “gələcəkdə oxumağa rahat vaxt taparam” deyirsənsə, bu heç vaxt baş verməyəcək. Sosial mediada paylaşılan video və məqalələri açdığın vaxtda, gecə yuxuya getməzdən əvvəlki vaxtda, səhər yuxudan oyanan kimi oxumaq mümkündür.

4. Ayda bir kitab oxumağı qarşına məqsəd qoy. Yaxud iki aya bir kitab oxumağı. Yaxud üç aya bir kitab oxumağı.

Kitaba vaxt tapmağın 11 üsulu

5. Amma kitab oxumağa məcbuuriyyət kimi baxma, bunu əyləncəyə çevir. Öz marağın, həvəsin olan mövzuda kitablar oxu. Kitabı xoşlamadınsa, özünü məcbur etmə. Onu at, başqa kitab axtar. İstəməyə-istəməyə bir kitabı oxumaq, adamı bir müddət bütün kitablardan iyrəndirə bilər.

6. Qarışdır. Əgər həmişə eyni istiqamətli kitablar, məsələn, biznes hüququna aid kitablar oxuyursansa, bu dəfə bir roman oxu.

7. Əgər bir dostuna, iş yoldaşına, ailə üzvünə desən ki, bu işi mənim üçün gör, bir neçə səhifə kitab oxumaq istəyirəm, təcrübə göstərir ki, insanlar razılaşırlar.

Kitaba vaxt tapmağın 11 üsulu

8. Dostlarınla öz aranızda bir kitab klubu yaradın. Eyni bir kitabdan bir neçəsini alın, üçünüz, dördünüz və ya beşiniz də eyni vaxtda oxuyun; “Sən filan yerə çatmısan?” deyərək, süjeti müzakirə edə-edə. Yaxud biriniz oxuyun, o birinizə ötürün. Kitab klublarının lap ağaclar kimi, növləri çoxdur.

9. Özünlə həmişə gəzdirdiyin elektron qurğu hansıdırsa, onda oxu. Bankda növbə gözləyəndə, yeməkxanada masa boşalmasını gözləyəndə, təmizlikçi otağını yığışdıranda smartfonun ekranından oxumaq çox əlverişli ola bilər.

Kitaba vaxt tapmağın 11 üsulu

9. Çantana bir kitab qoy. Həmişə hara getsən, çantanda olsun. Heç özün də gözləmədiyin halda 5 dəqiqə kimi kiçik boş vaxt dilimləri ortaya çıxır, “nə edim” deyirsən və çantadakı kitab yadına düşür.

11. Kitab oxumaq biliyi, təfəkkürü, yaddaşı, diqqəti, yazma qabiliyyətini, lüğət imkanlarını inkişaf etdirir, üstəlik, əyləndirir. Sadəcə kitab oxumaq üçün gündə 15 dəqiqə ayır.

Kitaba vaxt tapmağın 11 üsulu


Pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Lami95
    demek olarki her gun oxumaga vaxt tapmag olur yeterki istey olsun
    maragli xeberdi
  2. AgoRa.
    Yatmazdan evel kitab oxuyuram hemise
    insana hecbir zereri yoxdu men orda faydali seyler ozume ayid olar seyleri oyrenirem mence hamıya deyiremki kitaab oxusun.
  3. AleDa
    • AleDa
    • 29 Kasım 2015 19:47
    Kıtab oxumaq ucun vaxtım var ama oxuyacaq kıtab yoxdu((.. Tesekkurler maraqlı xeberdı
  4. -Aydan-
    -İşimlə əlaqədar olaraq, gün ərzində bir çox bədii əsər oxuyuram hətta əzbərliyirəm...
    -Təşəkkürlər , FAydalı xəbərdir..
  5. Bella
    • Bella
    • 29 Kasım 2015 18:42
    Kitab oxumağın təbii ki, insana faydası vardı. Kitab bilik mənbəyidir. Bu gün bizim savadlammağımızda kitabların rolu əvəzedilməzdir.
    Mən də mütaliə etməyi çox sevirəm. Çünki insan nə qədər oxuyarsa, bir o qədər də dünyagörüşü artar, hər hansı bir mövzuda sərbəst fikir bildirmək bacarığı və digər bacarıqlar da formalaşar. Çox əfsuslar olsun ki, indi mütaliə edənlərin sayı azalıb. Əvvəl kitab oxumaqla boş vaxtlarını keçirirdilərsə, indi internet bunu üstələyib. Heç deyilsə, bu cür xəbərləri oxuyub kitab oxumağın faydalarına yiyələnə bilərlər. Sağ olun)
  6. Jessica
    Gün ərzində 1:saat ayrıram kitab üçün oda axşamlar yatmazdan evvel bunun bir neçe ildiki verdiş halına geimişem orda mene uyğun olan 8)-ci meslehetdi onun 1-2-il evvel məndə edirdim o zaman daha çox kitab oxuyurdum ki men onlardan tez bitirmeliyem şirin bir qebet deyerdim..Maraqlı və faydalı xeberdi çox sağol
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.