Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

26 Kasım 2015
1 994
2
Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər
Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Dünyada yoxsulluğun yüksək olduğu, müharibələrin davam etdiyi bölgələrdə tibbi xidmətlərdən məhrum olan milyonlarla insan yaşayır. Xəstəxana, dərman, tibb işçiləri olmadığı üçün, hər il minlərlə şəxs ölümə məhkum olur. Lakin, böyük risk edərək, maddi qazanc güdmədən həmin bölgələrə getməyə razı olan və oradakı insanlara kömək edən vicdanlı insanlar da tapılır.

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Medecins Sans Frontieres (MSF) adlanan “Sərhədsiz Həkimlər” təşkilatı 1971-ci ildə Nigeriyada daxili müharibə ərzində fransız həkim Bernard Kouchner və onunla birlikdə hərəkət edən qrup tərəfindən yaradılmışdır. Minlərcə həkim, tibb bacısı və digər tibb işçilərinin qoşulacağı “könüllü” sosial hərəkat bu şəkildə yaranmış oldu. MSF qısaltması ilə tanınan təşkilat, ABŞ-da Doctors Witout Borders adlandırılır.

Sərhədsiz Həkimlər mərkəzi ofisi İsveçrədə olan sosial təşkilatdır.

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Təxmini olaraq, 20 alt-təşkilatdan ibarət olan təşkilat, hər il müxtəlif layihələrdə işləmək üçün 3000-ə yaxın tibb işçisini öz sıralalarına əlavə edir. Həkimlər, tibb bacıları və digər xidmətlərlə məşğul olmaq üçün edilən müraciətlər arasında seçim edən qurum, tez-tez bir cümləni xatırladır. MSF “Könüllük əsasında işləməyimiz həmin insanlara ən yaxşı xidməti verməyə çalışmayacağımız mənasına gəlməməlidir,” deyərək, həkimlərdən xəstələrə həssas və ciddi yanaşmaq məsuliyyəti tələb edir.

Rəqəmlərlə MSF: Sərhədsiz Həkimlər insanlara hansı xidmətləri verir?

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

İllik büdcəsi 600 milyon dollar olan MSF, əldə etdiyi uğurlarla hər kəsin diqqətini çəkir.

Açıqlanan rəqəmlərə görə, büdcənin 90%-i tibb xidmətlərinə ayrılır. Qalan 10% isə ianələrə və digər işlərə sərf olunur. Koordinasiya və idarəçilər üçün ayrılan büdcə isə 1%-dən daha azdır.

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

MSF ilə işləyən bir həkim ortalama olaraq 1400-1500 dollar aylıq maaş alır. Böyük risk edərək, ağır şərtlər altında dünyanın fərqli nöqtələrində işlədiklərini düşünsək, bu maaş bizə o qədər də çox görünməyəcək.

Hal-hazırda 70-ə yaxın ölkədə fəaliyyət göstərən təşkilatın könüllüləri böyük təhlükələrlə üzləşirlər.

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Dünyanın yarısına yayılmış təşkilat həqiqətən də sərhəd tanımır və bütün həkim ehtiyacı olan bölgələrə getməyə çalışır. Həkimlər 9-12 ay müddətində fərqli yerlərə göndərilirlər.

Oktyabrın 3-də Əfqanıstanın Qunduz bölgəsi Talibanın nəzarətinə keçdiyi üçün bombalananda MSF xəstəxanası da dağıdılmışdı. ABŞ prezidenti Barack Obamanın da üzr istədiyi hadisədə 12 könüllü və 10 pasient vəfat etmişdi.

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

MSF həkimləri təbii fəlakətlərin baş verdiyi regionlara da gələrək insanlara yardım edirlər. Türkiyənin Van şəhərində baş verən zəlzələdə yaxınlarını itirən insanlara psixoloji yardım göstərmək üçün də fəlakət bölgəsinə gəlmişdilər.

MSF bütün dünyanın diqqət mərkəzində olan Suriyadan qaçmağa məcbur olmuş insanlara yardım edir.

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

“Living in Emergency”

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Bu Konqo və Liberiyada işləyən dördü könüllü həkim haqqında çəkilmiş filmdir. 2008-ci ildə çəkilmiş filmə baxaraq həmin həkimləri daha yaxından tanıya bilərsiniz.

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər

Dünyada yaxşı insanlar da var: Sərhədsiz Həkimlər


Pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Allah Razı olsun olardan.. İşləri irəli..
    -Təşəkkürlər.
  2. AleDa
    • AleDa
    • 26 Kasım 2015 13:15
    Allah komeklerı olsun.. Gozel ıs gorurler.. Tewekkurler maraqlı xeber ucun..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.