McDonalds barədə çox maraqlı 10 fakt

29 Kasım 2015
2 193
3
McDonalds barədə çox maraqlı 10 fakt
McDonalds barədə çox maraqlı 10 fakt

McDonalds barədə çox maraqlı 10 fakt

Əgər siz bu yazını açıb oxuyursunuzsa çox böyük ehtimalla McDonald’s-da olmusuznuz. Buna baxmayaraq, aşağıdakı on fakt sizi təəcübləndirə bilər. Şirkət CEO’sunun maaşından tutmuş ləğv edilən menyulara kimi şok olacağınız faktlara hazır olun.

McDonalds barədə çox maraqlı 10 fakt

10. CEO və işçilərin maaşı arasında uyğunsuzluq

McDonalds barədə çox maraqlı 10 fakt

McDonald’s CEO Steve Easterbrook biznes dünyasının ən zənginlərindən biridir. Onun illik maaşı $1.1 milyona (yanvar, 2015) yaxındır. McDonald’s şəbəkəsində bütün gün işləyən bir işçinin 70 illik maaşı Eastbrook’un bir illik maaşından daha azdır.

McDonalds barədə çox maraqlı 10 fakt

9. Super-Boy porsiyalar

McDonalds barədə çox maraqlı 10 fakt

1955-ci ildə McDonald’s menyusunda 9 növ seçim var idi. Bu gün isə sizin kassada 170 növ seçiminiz var. Maraqlı olan sadəcə seçimin artması deyil, həm də ölçünün müxtəlifliyidir. 1955-ci ildə ortalama kiçik fry ağırlığı 2.4 ouns; bu gün isə, 2.6 ounsa yüksəlib. Bu yüksəliş sizə çox kiçik gələ bilər ama böyük “fry” bu gün 5.9 ouns olub və fərq əhəmiyyətli dərəcədə böyükdür.

McDonalds barədə çox maraqlı 10 fakt

8. Müştərilər

McDonalds barədə çox maraqlı 10 fakt

Hər gün McDonalds şöbələrində təxminən 68 milyon insana yemək servisi verilir. Mcdonals sözün əsl mənasında bir ölkənin insanını doydura bilər.

McDonalds barədə çox maraqlı 10 fakt

7. Büdcə kəsintiləri

McDonalds barədə çox maraqlı 10 fakt

McDonald’s son ilini yaxşı keçirdiyini deyə bilmərik. 2015-ci ilin bu gününə qədər, ən az 700 işçisini ya uzaqlaşdırıb, ya da cəzalandırıb. Şirkətin hədəfi sürətlə zəifləyən markasını təkrar rebrendinq edərək sağlıq mənasında təkrar güclü şirkət halına gəlməkdir.

McDonalds barədə çox maraqlı 10 fakt

6. O qədər də “happy” etməyən menyu

McDonalds barədə çox maraqlı 10 fakt

Uşaqların əksəriyyətinin Happy Meals’i sevməyi səbəbi oyuncaqlardı. Təxmini hesablamalara görə hər il 1.2 milyard happy meal satılır. Ancaq bəzi ştatlarda və əyalətlərdə qanun menyuda oyuncaq olmasının qarşısını alıb. Bunun səbəbi sırf oyuncaq almaq üçün uşaqların fast-food yeməsinin qarşısını almaqdır.

McDonalds barədə çox maraqlı 10 fakt

5. Universitet

McDonalds barədə çox maraqlı 10 fakt

Xeyr, bu şəkildə gördüyünüz saxta deyil, bəzək üçün də qoyulmayıb. Bu universitet 1961-ci ildə qurulub. Tələbələr burada keçirilən dərslərdə iştirak edərək McDonald’s şəbəkəsində menecer işləmək imkanı qazanırlar. Bunun adı “hamburgerology” deyə təqdim olunur.

McDonalds barədə çox maraqlı 10 fakt

4. Firuzəyi arka

McDonalds barədə çox maraqlı 10 fakt

Bütün dünyada McDonald’s loqosunun qızılı rəngdə olmadığı tək yer Sedona, Arizonadır. Şəhər əhalisi Mc loqolarının firuzəyi rəngdə olmasının təbiət landşaftına qızılı rəngdən daha uyğun olacağı düşündüyü üçün belə bir qərar verilib. Bu şəhər McDonald’s rəng dəyişdiyi tək yerdir.

McDonalds barədə çox maraqlı 10 fakt

3. McDonald’s klassik

McDonalds barədə çox maraqlı 10 fakt

McDonald’s bəzi klassik meyuları artıq ləğv olunub. 1970-ci ildə McPizza, McSpaghetti və bəzi şimal ştatlarında “catfish” artıq heç bir yerdə hazırlanmır. Fotoda gördüyünüz isə McLobster artıq əldə olunmayan yeməklər arasındadır.

McDonalds barədə çox maraqlı 10 fakt

2. Qızıl arka və Xaç

McDonalds barədə çox maraqlı 10 fakt

Bu sizə çox qəribə gələ bilər. Məlum olub ki, McDonald’s qızıl arkasını standart xristian xaçından daha çox adam tanıyıb, müəyyən edə bilir.

McDonalds barədə çox maraqlı 10 fakt

1. McAdvertising

2011-ci il rəqəmlərinə görə McDonald’s hər il 2 milyard dollar reklama pul xərcləyib, şirkətin dəyəri isə 70 milyard dollar olaraq bilinir. Bununla birlikdə statistikalara əsasən ABŞ’da sadəcə 36 şirkət 1 milyard dolların üzərində reklama illik pul xərcləyir. Bəlkə də buna görə qızılı rəngdə arka hər kəs tərəfindən bu qədər tanınır və qəbul edilir.

McDonalds barədə çox maraqlı 10 fakt
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Lami95
    maragli xeber idi ellerine sagliq
  2. AgoRa.
    Maraqlı xəbərdi,Təşəkurlər maraqli xebercun
  3. -Aydan-
    -Doğurdanda maraqlı xəbərdr..
    -Təşəkkürlər bu haqda bilmirdim..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.