Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri

30 Kasım 2015
2 093
4
Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri
Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri

Universitetdə oxumaq xəyallarınızı təkcə Azərbaycanla sərhədləməyin. Müxtəlif proqramlar və xüsusi müqavilələrə sahib olan məktəblər təhsil həyatınızı heç gözləmədiyiniz qədər uğurlu edə bilər. Dünyanın ən gözəl şəhərləri sadəcə gəzmək üçün yox, bəlkə də gələcəyinizi inşa etməyiniz üçün sizi gözləyir. Yaxşı, bəs xaricdə təhsil almaq üçün ən ideal 10 şəhər hansılardır? Budur, sizə ən önə çıxan 10 şəhəri təqdim edirik.

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri
1) Florensiya, İtaliya

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri

Florensiya – dünyaya görkəmli təsviri incəsənət nümayəndələri bəxş etmiş və Renessansın vətəni sayılan italiyada bir şəhərdir. Toskana regionunun paytaxtıdır. O, Şimali Apennin dağlarının ətəklərində, Arno çayı ilə ayrılan 2 İtaliya əyaləti – Toskana və Emiliya ilə sərhəddə yerləşir. Arno çayının sahilində hərbi koloniya salan romalılar bu yerlərə Florensiya – “çiçəklənən” adı vermişlər. Florensiyada çoxsaylı sənət qalereyası, muzey, kilsə və sənət əsəri var. Bura incəsənət tarixi və memarlıq kimi sahələrdə təhsil alan tələbələr üçün ən ideal yerlərdən biridir. Bundan başqa tarix, teatr, fəlsəfə, moda və bu kimi müxtəlif sənətləri öyrənmək istəyənlər də, Florensiya universitetlərinin müvafiq fakultələrində təhsil ala bilərlər.

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri
2)Praqa, Çexiya

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri

Çexiyanın ən böyük şəhəri və paytaxtı olan Praqa yolunuz oradan düşsə, sizə “Qızıl şəhər”, “Şəhərlərin anası” kimi təqdim olunacaq. İncəsənət fakultələrində təhsil alan tələbələrdən başqa, burada memarlıq, tarix, iqtisadiyyat və s. fakultələrdə oxuyanlara da çox rast gələ bilərsiniz.

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri
3) Kopenhagen, Danimarka

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri

Danimarka’nın paytaxtı Kopenhageni çox vaxt “açıq səma altındakı mədəniyyət” də adlandırırlar. Yay vaxtı Danimarka səmalarında parlaq günəş işıq saçır və şəhərin müxtəlif meydanlarında açıq səma altında mədəniyyət tədbirləri keçirilir. Bu şəhərdə xüsusilə media və nəşriyyat, iqtisadiyyat, marketinq, maliyyə kimi sahələrdə təhsil ala bilərsiniz.

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri
4) Amsterdam, Hollandiya

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri

Amsterdam şəhəri Qərbi Avropanın mühüm mədəni və intellektual mərkəzlərindən biridir.Burada elmi-tədqiqatlar aparmaq üçün ideal şərait var. Amsterdam əcnəbilər üçün təhlükəsiz və qonaqpərvər şəhərdir. Bu şəhər dünya üzrə məşhur musiqi, opera, teatr və rəqs kollektivinin, rəssamların vətənidir. Universitetlərində ədəbiyyat, iqtisadiyyat, biznes idarəetməsi və bir çox başqa sahələrdə təhsil ala bilərsiniz.

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri
5) Barselona, İspaniya

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri

Barselona — İspaniyanın şimal-şərqində yerləşən liman şəhəridir. Kataloniya əyalətinin inzibati mərkəzi sayılır. Şəhərdə saysız-hesabsız muzeylər, teatrlar, müxtəlif əyləncə mərkəzləri, bahalı mağaza və restoranlar var. Müasir və işgüzar şəhərdə tarixi qotik üslubda tikilmiş qədim binalar qorunur. Barselonada memarlıq, mühəndislik, incəsənət, media və idman sahələrində təhsil almaq üçün əla imkanlar tapa bilərsiniz.

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri
6) Tallin, Estoniya

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri

Estoniyanın əsas liman şəhəri olan Tallinn eyni zamanda da ölkənin paytaxtıdır. Tallin sözünün eston dilində “taani linn” (Danimarka şəhəri) və ya “tali linn” (qış şəhəri) sözlərindən yarandığı güman edilir. Bu şəhər kompüter elmləri, dünya dinləri, tarix və memarlıq təhsili almaq istəyən tələbələr üçün uyğun olduğu qədər, həm də incəsənət tələbələri üçün ideal variantdır.

7) Vankuver / Kanada

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri

Vankuver Kanadanın qərb sahilində yerləşən Britaniya Kolumbiyasının ən böyük, Kanadanın 3-cü böyük şəhəridir. Bu şəhər həm də yaşamaq üçün ən ideal şəhər kimi 1-ci yerə layiq görülüb. Hərtərəfli inkişaf etmiş şəhərdə istədiyiniz sahədə ən yüksək səviyyəli təhsili ala bilər, ən yüksək şərtlər altında yaşaya bilərsiniz.

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri
8. Vyana / Avstriya

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri

Təhsil şərtləri və tələbələr üçün yaradılan şərtlərə görə inanılmaz rahat olan başqa bir şəhər isə Vyanadır. Avstriyanın paytaxtı və ən sıx şəhəri olan Vyanada konservatoriya təhsili almaq istəyənlərdən başqa, tibb, fəlsəfə, iqtisadiyyat və beynəlxalq əlaqələr kimi sahələrdə də mükəmməl təhsil almaq imkanı var.

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri
9. Melburn / Avstraliya

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri

Melburn — Avstraliyanın ikinci ən böyük və kosmopolit şəhəridir.3,5 milyon əhalisi olan şəhəri adətən Avstraliyanın mədəniyyət və idman paytaxtı adlandırırlar. Ümumdünya Səhiyyə Təşkilatı Melburn şəhərini yaşamaq və oxumaq üçün ən təhlükəsiz və rahat yer kimi qiymətləndirib.YUNESKO isə Melburnu “Ədəbiyyat şəhəri” adlandırıb. Bu şəhərdə demək olar ki, bütün sahələrdə yaxşı təhsil almaq imkanı tapa biləcəksiniz.

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri
10. New York / ABŞ

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri

Dünyada “şəhər” dedikdə ilk ağla gələn yerlərdən biri olan New York az qala hər kəsin yaşamaq istədiyi bir şəhərdir. Bu şəhərdə təhsil sahəsinə ayrılan büdcə on milyardlarla hesablanır. Xüsusilə media, moda və populyar mədəniyyət növlərinə aid sahələrdə bu şəhər xüsusi təhsil imkanları təqdim edir. Bütün bunlardan əlavə, çoxsaylı universitetlərdə siz istənilən sahədə yüksək keyfiyyətli təhsil almaq imkanı tapacaqsınız.

Yolunuz açıq olsun. Hər kəsə uğurlar!


Pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Lami95
    ABŞ -da davam etmeyi dusunurem eyer qismet olarsa maragli xeber alinib ellerine sagliq
  2. -Aydan-
    -Orda oxumaq olar ancaq gəzərdim)))
    -Təşəkkürlər.
  3. AleDa
    • AleDa
    • 30 Kasım 2015 20:50
    Gozel seherlerdı.. Tewekkurler..
  4. AgoRa.
    Fer yoxdu heç birinde heryerde tehsil almaq olar bularin icindekileriden
    tesekurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.