Tarixdə geniş yayılmış edam üsulları (18+)

13 Nisan 2016
2 636
3
Tarixdə geniş yayılmış edam üsulları (18+)
Tarixdə geniş yayılmış edam üsulları (18+)

İndiki dövrün bir çox insanları ümid edirlər ki, onlar rahatca yuxuda, əzizləri və yaxınlarının ətrafında vəfat edəcəklər. Lakin, tarix boyunca tətbiq edilən sadalayacağımız 15 edam üsulunun qurbanları üçün belə sevindirici olmamışdır. Diri-diri yandırılma və yaxud ətrafların asta-asta kəsilməsi olsun, bu ölüm halları şübhəsiz ki, sizlərə toxunur. Xüsusən, kəskin işgəncə üsulları Orta əsrlərdə tətbiq edilirdi, lakin digər zamanlarda da işgəncə ən geniş yayılmış tənbeh və ya məlumat əldə etmə üsullarından biri idi. Təəccüblüdür ki, hələ 100 il əvvəl bu cür təcrübə gündəlik sayılırdı, bu hadisəyə görə indiki dövrümüzdə konsertə və ya sərgiyə toplaşan kimi minlərlə insan toplaşırdı.

1) Diri-diri basdırılma.

Tarixdə geniş yayılmış edam üsulları (18+)

Diri-diri basdırılma, geniş yayılmış edam üsulları siyahımızı başlayır. B.e. əvvəlki illərə qayıtsaq, bu cəza tədbiri ayrı-ayrı insanlara olduğu kimi, qruplara da tətbiq edilirdi. Qurbanın adətən əl-qolu bağlanır, sonra çalaya yerləşdirilir və asta-asta torpaq ilə basdırılır. Bu edam üsulunun ən kütləvi halda istifadələrindən biri, II Dünya müharibəsi vaxtı yapon əsgərlərinin çinin dinc əhalisini kütləvi şəkildə diri-diri edam etdiyi Nankin qırğını olmuşdur ki, bu da “10 min Meyit Xəndəyi” kimi xatırlanırdı.

2) İlanlar ilə dolu quyu

Tarixdə geniş yayılmış edam üsulları (18+)

Ən qədim işgəncə və edam üsullarından biri – ilanla dolu quyular, yüksək dərəcədə cəza tədbirinin ən standart üsulu idi. Cinayətkarlar zəhərli ilanlarla dolu quyuya atılırdı ki, hirsli və ac ilanların onlara hücum etməsindən sonra vəfat edirdilər. Vikinqlərin sərkərdəsi Raqnar Lodbrok və Burqundiya kralı Qunnar da daxil olmaqla, bir neçə tanınmış liderlər bu üsulla edam edilmişdir.

3) İspan qıdıqlayıcısı

Tarixdə geniş yayılmış edam üsulları (18+)

İşgəncə üçün bu mexanizm adətən Orta əsrlərdə Avropada istifadə edilirdi. Qurbanın dərisini cırmaq üçün istifadə edilən bu alət, əzələ və sümüklər də daxil olmaqla hər şeyin üzərindən parçalaya bilirdi. Qurbanın adətən camaat qarşısında əl-qolu bağlanırdı, sonra isə zülmkarlar onu şikəst etməyə başlayırdı. Birinci adətən ətraflardan başlayırdılar, boyun və bədən (gövdə) həmişə tamamlanmaya (nəticəyə) saxlanırdı.

4) Asta-asta doğrama.

Tarixdə geniş yayılmış edam üsulları (18+)

“Asta-asta doğrama” və ya “bitmək bilməyən ölüm” kimi tərcümə olunan Linq Şi, min kəsikdən ibarət ölüm kimi təsvir edilir. 900-cü ildən 1905-ci ilə kimi həyata keçirilən bu işgəncə üsulu, uzun çəkən müddətə nəzərdə tutulmuşdur. Zülmkar, qurbanın həyatda qalmasını və əzab çəkməsini xeyli uzadaraq onu asta-asta doğrayırdı. Konfutsianlıq nöqteyi-nəzərdən, hissələrə ayrılmış bədən o biri dünyada bütöv ola bilməz. Buna görə də fərz edilirdi ki, bu cür edamdan sonra qurban, o biri dünyada da əzab çəkəcək.

5)Tonqalda yandırılma.

Tarixdə geniş yayılmış edam üsulları (18+)

Yandırma yolu ilə ölüm, xeyli yüzilliklər ərzində xəyanətkarlıq və cadugərlik kimi cinayətlərlə əlaqəli olan yüksək formada cəza tədbiri kimi istifadə olunurdu. Bu gün bunu sərt və qeyri-adi cəza sayırlar, lakin hətta XVIII əsrdə tonqalda yandırılma adi iş idi. Qurbanın çox zaman tamaşaçılarla dolu şəhər mərkəzində əl-qolu bağlanırdı, bundan sonra tonqalda yandırılırdı. Bunu ən asta sürətlə ölmək üsullarından biri hesab edirlər.

6) Afrika boyunbağısı.

Tarixdə geniş yayılmış edam üsulları (18+)

Cənubi Afrikada boyunbağı adı altında adətən həyata keçirilən edam, təəssüf ki, bu günə kimi hələ də geniş yayılıb. Benzinlə doldurulmuş rezin şinlər qurbanın sinəsi və qolları ətrafında geydirilir, sonra isə yandırılır. Həqiqətdə qurbanın bədəni əridilmiş kütləyə çevrilir ki, bu metodun bizim siyahının onluğuna düşməsini izah edir.

7) Fil ilə edam.

Tarixdə geniş yayılmış edam üsulları (18+)

Fil, Asiyanın Cənubunda və Cənub-Şərqində min il müddətində yüksək cəza tədbiri üsulu idi. Bu yolla qurbana yavaş-yavaş, vaxtı uzatma üsulu ilə əzab verərək və ya sarsıdıcı zərbə ilə onu demək olar dərhal məhv edirdilər. Adətən krallar və sərraflar tərəfindən istifadə edilən bu qatil fillər, kralda vəhşi heyvanlarla fövqəltəbii idarəetmə qüvvəsinin olduğunu düşünən sadə insanların yalnız qorxusunu artırmışdır. Bu edam üsulu nəhayətdə roma silahlı qüvvələri tərəfindən qəbul edilmişdir. Bu yolla fərari əsgərləri cəzalandırırdılar.

8) “Beş cəza” edamı.

Tarixdə geniş yayılmış edam üsulları (18+)

Bu üsul, çinin yüksək cəza tədbiri kimi nisbətən adi işdir. Bu, qurbanların burnunun kəsilməsi ilə başlayır, sonra bir qolu və bir ayağının altı (pəncəsi) kəsilir və nəhayət qurban axtalanırdı. Bu cəzanı ixtira edən çinin Baş naziri Li Say, ən nəhayətdə əzab çəkmiş və sonra bu üsulla edam edilmişdir.

9) Kolumbiya qalstuku.

Tarixdə geniş yayılmış edam üsulları (18+)

Bu edam üsulu − ən qanlı edamlardan biridir. Qurbanın boğazı kəsilir, sonra isə onun dili açılmış yaradan çıxarılırdı. La Violencia zamanı işgəncələr və müharibələri doğura bilən bu kolumbiya tarixi dövrü, olduqca geniş yayılmış edam üsulu idi.

10) Asma, çəkib uzatma və şaqqalama.

Tarixdə geniş yayılmış edam üsulları (18+)

İngiltərədə dövlətə xəyanətə görə asma, çəkib uzatma və şaqqalama ilə olan edam, orta əsrlər zamanı adi hal idi. İşgəncənin 1814-cü ildə ləğv edilməsinə baxmayaraq, bu edam üsulu yüzlərlə, hətta bəlkə də minlərlə insanın məhvinə səbəb olmuşdur.

11) Sementdən hazırlanmış çəkmələr.

Tarixdə geniş yayılmış edam üsulları (18+)

Amerika Mafiyası tərəfindən təqdim edilmiş bu edam üsulu, qurbanın ayağının altınının şlak-bloka (şlakla sement birləşməsindən ibarət tikinti materialı) yerləşdirilməsini, sonra isə qurbanın suya atılması üçün onların sement ilə doldurulmasını daxil edir. Bu edam üsuluna az-az rast gəlinir, lakin hələ də bu günə kimi həyata keçirilir.

12) Gilyotin.

Tarixdə geniş yayılmış edam üsulları (18+)

Gilyotin – edamın ən məşhur üsullarından biridir. Gilyotinin ülgücü o dərəcədə mükəmməl itilənmişdir ki, qurbanı demək olar başından bir andan edirdi. Gilyotin, təsirdən sonra bir neçə müddət ərzində insanların hələ də yaşamasını bilməyənə qədər görünüşcə insanpərvər edam üsuludur. Kütlə arasında olan insanlar söyləyirdi ki, edam nəticəsində insanlar gözlərini qırpa bilir və ya onların başının vurulmasından sonra hətta söz söyləyə bilirdi. Ekspertlər nəzəri mühakimə yürüdürdü ki, ülgücün itiliyi huşun getməsinə səbəb olmurdu.

13) Respublika Toyu.

Tarixdə geniş yayılmış edam üsulları (18+)

Respublika Toyu ola bilsin bizim siyahıda ən qorxulu ölümlərdən olmasın, amma əlbəttə ən maraqlı edam üsullarından biridir. Bu edam üsulu Fransada baş verərək İnqilabçılar arasında geniş yayılmışdı. Burada adətən eyni yaşda olan iki insanın əl-qolunun bağlanması və suya batırılması nəzərdə tutulur. Bəzi hallarda suyun az olduğu yerlərdə cütlük qılıncla öldürülürdü.

14) Çarmıxa çəkmə.

Tarixdə geniş yayılmış edam üsulları (18+)

Bu qədim edam üsulu – yəqin ki, İsa Məsihin çarmıxa çəkilməsinə görə ən məşhur edamlardan biridir. Qurbanı xaçda asaraq adətən susuzluqdan günlərlə çəkən ölüm gəlməyənə qədər orada sallaq vəziyyətdə qalmasına məcbur edirdilər.

15) Mis Öküz

Tarixdə geniş yayılmış edam üsulları (18+)

Bəzən siciliya öküzü kimi tanınan Mis Öküz, çox amansız işgəncə üsullarından biridir. Qədim Yunanıstanda işlənib hazırlanmış üsul, yandan açılan və bağlanan qapısı ilə mis örtüklü öküzün yaradılmasını nəzərdə tuturdu. Edama başlamaq üçün qurban, mis öküzün içərisinə yerləşdirilirdi və alov aşağıda qoyulurdu. Metal tamamilə sarı rəngdə olana qədər alov yanırdı ki, bu da qurbanı “ölənədək bişməyə” məcbur edirdi. Cəlladı və müşahidə etməyə gələn çoxsaylı əhalini şad etmək üçün öküz elə hazırlanmışdı ki, qurbanın fəryad səsi çölə çıxsın. Bəzən şəhərin bütün əhalisi edama baxmağa gəlirdi. Tamamilə aydındır ki, bu edamın ixtiraçısının həyatı öküzdə yandırılmaqla bitmişdir.
Əvvəlki Xəbər
RƏYLƏR
royus
  • royus
  • 14 Nisan 2016 14:55
Aman Allah dehsetdiye
Princess
dəhşət,hələ o ilanlar olan quyuya atmaq,insan dəli olar sonra ölər nocomment
allah bendesi
bir nece edam usulu ile tanish idim ama bezilerini hec bilmirdim oxuduqcada dehshete gelir insan demeye soz tapmir insan ne bilim.:((teshekkurler ellerinize sagliq