Limon qabığını belə dəyərləndirin

07 Mayıs 2016
2 210
1
Limon qabığını belə dəyərləndirin
Limon qabığını belə dəyərləndirin

Qab-qacaq maşınınıngözəl qoxulu olmasını və qab-qacaqların parıldamasını istəyirsiniz? Qabyuyan maşının çəngəl-qaşıq hissəsinə bir neçə dənə limon qabığı qoyun və maşınınızı hər zamankı kimi işlədin

Limon qabığıyla yumşaldın


Limon qabığını belə dəyərləndirin

Dabanlarda, dirsəklərdə quruluq varsa, bunun çarəsi limon qabığıdır. Limon qabığının iç qismi ilə daban və ya dirsəyinizi ovun və durulamayın. Hər gün tətbiq etsəniz nəticə mükəmməl olacaqdır.

Limon qabığı ilə selülitdən xilas olun


Limon qabığını belə dəyərləndirin

Limon qabıqları ilə hazırlayacağınız masaj kremi ilə selülitlərinizdən xilas ola bilərsiniz. Limon qabıqlarını doğrayıcıdan keçirərək püre halına gətirdikdən sonra badam yağı əlavə edin. Hər gün selülitli bölgələrə masaj edib yedirin və durulamayın.

Limon qabığıyla qara nöqtələri təmizləyin

Limon qabığını belə dəyərləndirin

Tərkibindəki C vitamini ilə hüceyrə yeniləyici və təmizləyici təsirə malik limon qabığı qara nöqtələrdən xilas olmaq üçün də faydalıdır. Limon qabıqlarını sürtgəcdən keçirin və bir az türk qəhvəsi əlavə edib qarışdırın. Bu qarışığı qara nöqtə olan burun, çənə, alın kimi bölgələrə masaj edərək yedirin, on dəqiqə gözlədib ilıq suyla durulayın.

Limon qabığıyla qripdən xilas olun


Limon qabığını belə dəyərləndirin

Soyuqdəymədən ilas olmaq üçün limon qabığı möcüzələr yaradır! Kiçik bir çaydana limon qabığı, zəncəfil və çubuq darçını əlavə edərək dəmləyərək süzün. İlıq olduqdan sonra içinə bal əlavə edib gündə üç dəfə için.

Limon qabığıyla gözəl qoxu

Limon qabığını belə dəyərləndirin


Limon qabıqlarını qızdırıcı ya da sobanın üzərinə qoyub otaq qoxusu yarada bilərsiniz. İstiliklə birlikdə limonun qoxusu ortaya çıxacaq. Əgər yaz fəslindəsinizsə, sobada və ya tavada az istilikdə saxlamağınız kafi olacaq.

Limon qabığıyla Romantika yaradın

Limon qabığını belə dəyərləndirin

Limon qabığı, darçın, mixəki qarışdırıb tavada qoxusu çıxana qədər qovurun. Ardından bu qarışığı qəşəng bir qabda salona gətirin. Siz çayınızı, qəhvənizi içərkən, gözəl qoxularla ruhunuz rahatlansın.

Limon qabığıyla ləzzətləndirin

Limon qabığını belə dəyərləndirin

Daha ləzzətli keks və şirniyyatlar üçün limon qabığının ağ qisimlərini bıçaqla ayırıb sarı qisimlərini doğrayıcıda çəkin və sobada çox aşağı istilikdə qurudub qaba qoyun. Keks və tortlarınızı qurudulmuş limon qabığı ilə bəzəyin.


RƏYLƏR
  1. ALA GOZ
    Mütləq edəcəm dirsəyimdə quruluq var.təşəkkürlər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.