Bədəninizin Ağrıyan Hissəsi Daxili Sıxıntılarınızdan Xəbər Verir
1. Baş ağrısı
Gün boyu stress altında olmaq baş ağrısının başlıca səbəbidir. Özünüzə rahatlayacaq zaman ayırın,özünüzə yaxşı davranın!
2. Boyunda ağrı
Əsəbi olduğunuz, bağışlaya bilmədiyiniz biri varsa bu boynunuzda ağrılara səbəb olur. Boyun ağrınız varsa o insan haqqında sevdiyiniz şeyləri xatırlamaya çalışın.
3. Çiyinlərdə ağrı
Böyük bir daxili yük daşımaq çiyinlərdə ağrılara səbəb olar. Bu problemi həll etmək üçün fərqli yollar istifadə etməyə və çiyinlərinizdə daşıdığınız yükləri biriləriylə paylaşmağa çalışın.
4. Belin üst tərəfində ağrı
Belin üst tərəfindəki ağrı, lazımi qədər duyğusal dəstəyinizin olmadığı mənasına gəlir. Özünüzü sevilmir və ya istənmir hiss edə bilərsiniz. Bəlkə də gözlərinizi bir az açıb, xoşunuza gələn bir-iki insanla vaxt keçirməyin zamanı gəlib.
5. Belin alt tərəfində ağrı
Bu ağrı pul mövzusunda çox təlaşlı olduğunuz mənasına gəlir. Bəlkə də maaş dialoqu aparmanın ya da iş dəyişdirmənin vaxtı gəlmişdir!
6. Dirsəklərdə ağrı
Qol və dirsək bölgələrindəki ağrılar, həyatınızda dəyişiklik etməyə qarşı dirəndiyinizin göstəricisidir. Artıq bunu qırmağın vaxtı gəlmədimi?
7. Ovuc içində ağrı
Ovuc içi ağrısı, digər insanlarla əlaqədə bir problem olduğu mənasını verir. Yeni dostlar qazanın ya da hazırki dostlarınızla sosiallaşmağa çalışın. Əmin olun çox yaxşı gələcək!
8. Bud ağrısı
Bud ağrısı, bir şeylərə davam etməkdən yorulduğunuzun əlamətidir. Bud ağrısı dəyişikliyə və ya həyata davam etməyə qarşı dirənməyinizin göstəricisidir.
9. Dizlərdə ağrı
Diz ağrısı eqonuzun çox üstün olduğunu və özünüz haqqında çox düşündüyünüzü işarə edir.