░╬░Qəribədir.░╬░
________________________________________________________
________________________________________________________
________________________________________________________
________________________________________________________
Qəribədir..bir vaxt gəlir ki,geriyə dönürsən və həyatına nəzər salırsan..keçmişə..lap dərinlərə enirsən..sakitcə baxırsan.. keçmişindəki insanlara..gələnlərə,gedənlərə və hələ də qalanlara..onlardan bəziləri həyatında çox uzun müddət qalıb..bəziləri əlini belə tuta bilməyib..bəzilərinin heç fərqinə belə varmamısan..keçmişə baxanda anlayırsan ki,nə qədər düzgün,ədalətli biri olmağa çalışsan da kiminsə ayağını tapdalamısan..istəmədən qəlbini qırmısan..bəzən də istəyərək..gözünü yumub utandığını hiss edirsən belə olanda..indi kimlərləsə xoşbəxtliyini bölüşmək istəyirsən,amma istəmirlər..halbuki,bir vaxtlar bunun üçün həyatını qurban verə biləcək insanlar var idi..sən istəmədin…bəzən ağlamaq istəyirsən..tək yox..sənə yaxın olduğunu zənn etdiyin birinin yanında..amma həmin insanlar gözünün dolduğunu görən kimi "ağlama ,sən güclüsən” deyir..ağlamağını zəiflik adlandırırlar..halbuki,bunu yalnız rahatlamaq üçün istəyirdin..çox qəribədir..keçmişə baxanda başa düşürsən ki,ətrafındaki insanların çoxu sənə yalan danışıb..və onların bəziləri bu yalanı gözünün içinə baxaraq deməkdən çəkinməyib..”səni sevirəm” yalanını.. qəribədir,bəli..keçmişə baxaraq anlayırsan ki,”insanları tanıyıram” düşüncəsi səni nə qədər yanıldıb..”ömür boyu yanımda olacaq” dediyin doğmaların zamanla uzaqlaşaraq yadlaşıb..və həyatında müvəqqəti qalacaqlarını zənn etdiyin insanlar hələ də səninlədir..
________________________________________________________
[/url]
________________________________________________________
________________________________________________________
________________________________________________________