ღ♥ღ Oгонь любви ღ♥ღ
Bunlar son sətirlərdir.Fərz et ki,bir külək idim,əsib keçdim həyatından,ya da bir yağmur.Sel oldum yollarında.Sonra torpaq çəkdi suyu,qeyb olub getdim..Bəlkə də bir röya idim sənin üçün.Oyandın və mən yox oldum..Məni gözəl xatırla! Çünki sevdim səni mən,həm də hər şeyini..Üzünə vurmadım heç bir əskikliyini..Məni qırdın,ağlatdın,qınamadım.
Alışdım vəfasızlığa,özgə oldun mənə,fikir verməməyə çalışdım.Səhifələrcə məktub yazdım sənə.Deyilməmiş "salamlar" gizlətdim hər küncə..Şeirlər yazdım hər gecə,çoxunu oxutmadım.Gizlətdim günahını,savabını içimdə.Səssizcə getdim..Sənə unudulmaz gecələri saxladım,sənə ən yorğun sabahları..Gülüşümü,gözlərimi,sonra səsimi saxladım sənə.Nə axtarsan bir sevginin içində artığı ilə saxladım geridə..Dizlərimdə yatdığını düşün,saçını tumarladığımı,üşüyən əllərini isitdiyimi..
Xoşbəxt olduğun anları gətir gözünün qabağına..Birazdan qapını döyən insanın mən ola biləcəyimi düşün.Təəccübləndirməyi xoşlayıram, bilirsən..Bu da sənə son sürprizim olsun.İndi səninlə yaşanan günləri yandırıram..Məni gözəl xatırla! Gedirəm..Səndən,həyatından,bu şəhərdən..Və səndən son istəyim: Məni gözəl xatırla...