Pul, sevgi yoxsa xoşbəxtlik?

22 Ocak 2015
1 438
8
Pul, sevgi yoxsa xoşbəxtlik?
Pul, sevgi yoxsa xoşbəxtlik?



Bir qadın evindən çıxdı və bağında oturan üç ağsaqqal gördü. Onlar buna tanış gəlmədi. Sizi mən tanımıram amma yəqin ki, acsınız. Keçin içəri sizə yemək hazırlayım. O dedi. Evin Kişisi evdədir? Ağsaqqalın biri soruşdu. Yox işdədir qadın cavabladı. Onda biz gələ bilmərik onlar dedi.
Axşam, bu qadının əri evə gələndə, nə baş vermişdi ona bu qadın söylədi. Onda get onlara de ki, mən artıq gəlmişəm keçsinlər bizimlə şam yeməyi yesinlər. Qadın dərhal çıxdı çölə və ağsaqqalları evə dəvət etdi. Onlar dedilər: Biz heç bir evə birlikdə getmirik. Niyə? Qadın soruşdu. Ağsaqqallardan biri söylədi: Bilirsən, bunun adı puldur, o xoşbəxtlikdi, mən isə sevgiyəm. İndi gir içəri və ərinlə müzakirə et və qərar verin ki kim gəlsin.
Qadın girdi evə və ərinə hamısını danışdı. Aaa, nə yaxşı!!! Kişi sevindi. Əgər belədirsə, onda pulu dəvət edək ki, varlı olaq. Qadın onunla razı deyildi. Yox, gəl xoşbəxtliyi dəvət edək. Evə yeni gəlmiş gəlin söhbəti eşitdi və qatılmağa qərar verdi. Deyirəm bəlkə sevgini dəvət edək. Evimiz qoy sevgi və mehribançılıqla dolsun! Qadın və Kişi bir an fikirləşdi və gəlin ilə razılaşdılar.
Qadının əri ona dedi: Onda get sevgini evə dəvət et. Qadın yenidən çıxdı çölə və dedi: Sizdən hansınız sevgidisə onda keç içəri qonağımız ol! Sevgi durdu evə yaxınlaşdı və qalan iki kişi də durub gəldilər. Mən axı yalnız sevgini dəvət etdim. Siz niyə gəlirsiz? Bilirsiniz, xanım, siz pulu ya xoşbəxtliyi dəvət etsəydiniz onda qalan ikimiz qalardıq, amma siz sevgini dəvət etdiniz. Və Sevgi hara gedir, bizdə ora...Harda sevgi varsa orda pul və xoşbəxtlik də var!
Yalnız birini seçsə bilsəydiniz, şəxsən siz hansını seçərdiniz? Pul, sevgi yoxsa xoşbəxtlik???



Pul, sevgi yoxsa xoşbəxtlik?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
▶❤❤ ✦ U r E k L e R d E ✦ ❤❤◀
Sevgi) 13 )))))))))))
Ayaz
  • Ayaz
  • 4 Şubat 2015 00:00
pul oldu fiso .......
▶❤❤ ✦ U r E k L e R d E ✦ ❤❤◀
maraqlidi tewekurler
MiSs-Glamour
maraqlidir xeber saol.....
User1
  • User1
  • 22 Ocak 2015 14:22
bezen diyiller ki sevdiyim yanimda olsun pul olmasa da olar ama o duz deyil sevgi qarin doyuzdurmur! pul olmasin sevdiyim olsun o mene bes eder diyrsiz eee bezileriviz ama ki mence duz deyil pulda lazimdi sevgide lazimdi xowbextlikde ama ki ki pulu bir terefe atib sevgi demiyin indi ele qizlar var ki sevgi ucun yox gunu xow kecsin getdiyi oqlan onun her etiyacini odesin diye ere gedir ama kimnimse pulunnan isdifade eliyib ale qurmaq olmaz! mene her 3 de laizmdi sevgi olan yerde sevgi pul olan yerde pul xowbextlikde oz yerinde bir bimizin bawa duseceyi sekilde narma heyat bes eder mene! request ))
Alessia
.....TEKRAR XEBERDİ....
Dayisinin _ Əzizi
maraqlidir xeber
Dear..
Mən sevgini seçərdim sevgi olduğdan sonra xoşbəxlik olur və ən sonda pul ama sevdiyim insanla acından ölməyə belə razıyam onçun əsas sevgidi mənimçün
RƏY ƏLAVƏ ET