Mənim əsl sevgilim

25 Ağustos 2014
1 451
6
Mənim əsl sevgilim

Sevən ürəyimə gülümsəyən göz
O yanan günəştək sönə bilərsən
Bir gecə beynimdən havalar keçsə
Kiçilib aciztək ölə bilərsən
Mənim əsl sevgilim
qaranliq künclərin qəmində gizli
Saralmış vərəqlər üstündə bilsən
Adı min yerdən qırmızı izli
Onun hər tərəfdən baxışı baxır
Axır, ürəyimə həsrəti axır



Bir şirin avazlı titrəyən ürək
Mənim öz dünyama yol etdin sanma
Ya istər gün keçir yada ki qalma
Mənim əsl sevgilim
Aynalar üzündən damlayır gül gül
Mənim hər sözümdə kədəri bölür
Əl atıb ulduzdan götürdüm onu
Özü əhd eyləyib hicranı sevdi
Yaralı könlümlə ötürdüm onu
Mənim əsl sevgilim
ürəyimin dənizi...
Özü bu dağların xəzri küləyi
Səhərin dan yeri..! Gülər bənizi

bir parça sevinci dilənib yeyən
Əyninə yamaqlı xoş günlər geyən
Səfil ürəyinin taqəti insan
Mənim əsl sevgilim
Kədərin gücüylə yasadır məni
Ona bu könlümdən deyənlər olsun
Hər gecə gizlicə zülmətə həmdəm
Divanə yurdunda ağladır məni

[/center]
Növbəti Xəbər
RƏYLƏR
_ESTRELLA_
qeseng seirdi sag olun
Omrum Ikimizin
qeseng seirdir
More
  • More
  • 25 Ağustos 2014 23:22
TəşəkkürLər bunLarı oxumuşDum))
ЗайкА)
Qəşəng cümLəLərdi təşəkkürLər
✔ӄɨռɖɛʀ ֆʊʀքʀɨֆ✔
bir parça sevinci dilənib yeyən
Əyninə yamaqlı xoş günlər geyən
Səfil ürəyinin taqəti insan
Mənim əsl sevgilim
Kədərin gücüylə yasadır məni
Ona bu könlümdən deyənlər olsun
Hər gecə gizlicə zülmətə həmdəm
Divanə yurdunda ağladır məni
Mr Ledi )
superrrrrrrrrrrrrrrrrrr
RƏY ƏLAVƏ ET