★ Gecə keçir ★

24 Ocak 2015
3 351
0
★ Gecə keçir ★
★ Gecə keçir ★


Gecə keçir...mən isə otağin pencərəsindən mürgüləyən şəhərə baxiram...yeni tikililər...göz oxşayan binalar...insan boylandıqca boylanır...zirvələrə can atır...xəyala dalır. Hər xəyalın axtarışından bir arzu boylanır. Yumruq boyda bir urəkdə bir bilsən nələr anılır?
★ Gecə keçir ★
Fikirləşəndə qəlbimdə döyünən ürəyim az qalır ki, köksümdən cıxıb düşsün yerə. Pencərədən boylanıb göyə baxanda ulduzların sayından çox sürətlə şütüyən avtomobilləri görürəm.
Bu yer ilə göy arasindaki məsafə insanı düşündürməyə, saysız-hesabsız suallara cavab tapmağa məcbur edir... Arzuların sonsuzluğudurmu? Xəyallarin əbədiliyidirmi? Xatirələrin şirinliyidirmi?

Bunları bizə düşündürən yaşadiğımız həyat nə qədər mürəkkəb olsa da bir o qədər də şirindir... Həyatın şirinliyi keçmişə baxıb uzaqlardan boylanan xatirələrdə görmək mümkündür.
Xatirələr... Xatirələr...
★ Gecə keçir ★
Ayrılıqlara nifrət edir xatirələr...
Nifrət dolu qəlbimizə vusal məlhəmi çiləyir xatirələr! Görəsən, niyə belə olur xatirələr, niyə bu qeder şirin olur? Niyə bu qədər insanı kövrəldir?


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.