Hər şey yaxşı gələn zaman sizi qanadar

07 Şubat 2015
900
0
Hər şey yaxşı gələn zaman sizi qanadar
Hər şey yaxşı gələn zaman sizi qanadar


Mənə Zamandan danışırlar....
Yaraları necə qucaqladığından, ya da hər şeyə necə yaxşı gəldiyindən..
Bilərsiniz onsuz da bir işə yaramadığını bildiyiniz kimi.
Bitdiyinə özünü inandırmaq, ayrılığın gerçəyinə dözmək, ürəyinizin unutduğunuz yerləriylə yenidən qarşılaşmaq asan deyil əlbət...
Asan deyil bunlarla baş etmək,
uğruna içinizi öldürmək.
Zaman alıb götürər.

O boşluq dollar əlbət, yaralar qabıq bağlar, sızılar dayanar, ağrılar dibə çökər.
Həyatda seviləcək şeylər yenidən fərq edilər.
Bir yerlərdən tapılıb yeni xoşbəxtliklər əldə edilər.
O boşluq doldu sanarsınız
Halbuki o boşluğu dolduran azalmanızdır...
gün gəlir bir gün
başqa bir mövsüm,
başqa bir təqvim,
başqa bir əlaqədə
o köhnə ağrı
qəflətən geri təpər.

Diləyirəm geri təpər.
Yoxsa həqiqətən
Bitmisiniz.
Zamanla yerləşər yaşadıqların, çoxalar, mənaları əhəmiyyəti qavranar.
Bir zamanlar anlamadan yaşadığın şey, çox sonra dəyərini qazanar.
Yoxluğu dərin və davamlı bir sızı halını alar.
Halbuki edəcək heç bir şey qalmamışdır artıq..
Xoşbəxtlik keçib getmişdir yanınızdan
Hər şeyə yaxşı gələn;
Zaman sizi qanadar...



Tərcümə etdi: SOLEDAD
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.