Qayıtma

07 Şubat 2015
1 647
0
Qayıtma
Qayıtma



Qayıtmaq istəsən bir gün yanıma,
Məni əvvəlkitək görməyəcəksən.
Çox dərdlər çəkmişəm bu illər boyu,

Sən ömrün bitincə bilməyəcəksən.



Tökülsə gözündən yaş gilə-gilə,
Etdiyin günahlar yuyulmayacaq.
Səhv edib gəlmisən get gülə-gülə,

Sənsiz bu gen dünya boş olmayacaq.



Nağıla dönəcək bu xatirələr,
Bir əfsanə kimi izlənəcəksən.
Məni gördüyündən məzara qədər

Xəcalət çəkərək gizlənəcəksən.



Qayıtmaq istəsən geri qayıtma,
Bağladığın qapı açılmayacaq.
Fikir dəryasına bir daha batma,

Səndən heç kim heç nə soruşmayacaq.



QayıtmaTəki Qayıtma..!Qayıtma
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.