Eşq ikidir Sevgi bir

27 Ağustos 2014
2 725
0
Eşq ikidir Sevgi bir

Eşq ikidir Sevgi bir




Eşq ikidir Sevgi birEşq ikidir sevgi bir;
Eşq yalan, sevgi gerçəkdir.
Eşq sudur, sevgi susuzluq.
Darıxmaqdır, gözləməkdir.
Əsl məharət:
Susuzkən suyu içmək deyil
Qarşısına keçib seyr etməkdir.

Eşq qışqırmaqdır, sevgi ağlamaq;
Eşq açmaqdır, sevgi bağlamaq.
Sevgi saxlamaqdır
Ürəyini, gözlərini
Və əllərini saxlamaq
Bahar gəldiyində
Bir çiçəyə, yaşıla, çəmənə
Aşiq ola bilməzsən amma sevərsən.
Dostuna aşiq ola bilməzsən
Amma sevərsən.




Torpağa cücərtini eşqlə deyilEşq ikidir Sevgi bir
Sevgiylə əkərsən.
Sevgi üçün ölünür,Eşq öldürər.
Eşq qısqancdır, nankordur
Sevgini öldürər.
Eşq Qabildir, sevgi Habil.
Eşqlə sevgi əslində qardaşdır
Ataları insandır, Adəmdir
Eşq üçün şeirlər yazırsan,
Mahnılar oxuyursan;
Sevgini izah edə bilməzsən.
Çünki ürəyinə sığdıra bilməzsən.
Ürəyini eşqə bağlaya bilərsən
Amma sevgiyə bağlaya bilməzsən

Sevgi gizli, eşq aşkardır.
Üz verməyincə unudarsan
Sən aşiqəm deyə daha özünü aldat.
Dedim də sevgi gerçək, eşq yalandır.



Eşq ikidir Sevgi birDahası da var: Eşqin gözü kordur,
Çox naz aşiq usandırar;
Eşq oyun, aşiq oyuncaqdır.
Sevgi isə həyatdır, həqiqətdir. Eşq tələsikdir,
Sevgi üsul üsul səbirlidir.
Tələsik işə həm şeytan qarışar.
Eşq qızdırmalıdır
Çünki xəstəliklidir.
Sevgi ilıqdır
Çünki sağlamdır.
Sevgi, sınayar insanı
Buraxar öz halına.
Eşq buraxmaz yaxanı,
Sevən geri dönər amma
Gedən aşiq dönməz əsla...

Nəhayət bu iki qardaşın hekayəsidir
Eşqə və sevgiyə dair.


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.