İndi həyatıma qaldığım yerdən davam edə bilərəm..

27 Ağustos 2014
1 632
0
 İndi həyatıma qaldığım yerdən davam edə bilərəm..
 İndi həyatıma qaldığım yerdən davam edə bilərəm..

..alınmayacağını bildiyin halda danışarsan bəzən..mümkün olmadığını bildiyin halda..hər böyük səhvimiz də elə həmin “bir dəfə ilə heçnə olmaz” düşüncəsi ilə başlayır… “danışsam nə olacaq ki ?”..uzaq başı dost olarıq.. zaman keçir..zamanla narkoman kimi aludə olmağa başlayırsan..hər gün daha çox, daha çox danışmaq istəyi..danışdıqca hiss etdiyin xoş hisslər səni asılı vəziyyətə salır..sonra bir gün gerçəklərin şilləsi dəyir üzünə..ayılırsan..axı..axı mən bu qədər çox irəli getməyi planlamamışdım ?! mən belə istəmirdim.. və birdən birə ayrılmağa qərar verirsən..əlində “mən səni incitmək istəməmişdim” bayrağı ilə çıxırsan qarşısına.. “bura qədər idi”..ya da başqa bir bəhanə ilə..necə yəni incitmək istəməmişdim?! ..nə isə.. ayrıldıqdan sonra içində qəribə bir rahatlıq duyğusu yaranır.. daha doğrusu sənə elə gəlir..hə budur, bitirdim..indi həyatıma qaldığım yerdən davam edə bilərəm..ilk bir iki gün çox rahat keçir..bir həftə sonra “əlayam, hər şey yaxşıdır”..iki üç həftə sonra “yox, mən bacaracam!” səsləri səni təsəlli etməyə başlayır..sonra gecələr yuxusuz qalmaqlar..hər kiçik səbəbə əsəbləşmək..bəzən durduq yerdə ağlamaq..itirdiyinin fərqinə varmaq..asan olacağını düşündüyün şeylər zamanla ayağına vurulan zəncirə çevrilir.. ürəyini qırdığın birinin ahı bütün həyatını əlinə alır..sən nə bilmişdin bəs ? nə zənn etmişdin ? birinin həyatına girəcəksən, özünü sevdirəcəksən sonra üzr istəyib gedəcəksən və hər şey bitəcək? :))) necə də axmaqsan..hər şeyin bir bədəli var həyatda..etdiyi səhvlərin əvəzini kimisi pulla ödəyir..kimisi bir üzrlə..kimisi də bütün həyatı boyu vicdan əzabıyla..diqqətli olun..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.