Nifrət və Sevgi...

09 Şubat 2015
2 497
0
Nifrət və Sevgi...
Nifrət və Sevgi...

Nifrət və Sevgi...


Sən heç görmədiyin birinin gözlərini
Hər gün hər saat xatırladınmı..?
Heç tuta bilmədiyin əlləri axtardınmı..?
Heç iyləyə bilmədiyin bədənin qoxusunu
Bu qədər ürəkdən hiss etdinmi..?
həmişə o qoxunu bir gün içinə çəkəcəyini
xəyal etdinmi..?
Bütün qeyri-mümkünlüklər içində ümid edə bildinmi..?
Sən heç sevdinmi əsla sənin olmayacaq birini..?
Bütün ürəyinlə istədinmi əsla olmayacağını bilə-bilə...!

Ümid etdinmi yalvardınmı Allaha
Bir şirin sözüylə üzündə güllər açdımı..?
Ən sadə sözlər belə
Yalnız onun dodaqlarında məna tapdımı..?
Səsini eşidincə gözlərindəki İşığı
Kilometrlər tərəfindən kənardakılar belə fərqinə vardımı..?
Sən heç sevdinmi əsla sənin olmayacaq birini..?
Gözlərin deyil ürəyin ağladımı onun üçün
Dodaqların başqa söz söyləyərkən
Ürəyin dodaqlarına inad "O"nun adını bagirdimi..?

Ondan xəbər götürə bilmədiyin günün zindan oldumu..?
Sən Heç Sevdinmi Əsla Sənin Olmayacaq Birini..?
Səni əhəmiyyətsiz hesab etdiyini anladığın an həyatın mənasını İtirdimi..?
Üsyan etdinmi onsuz doğan hər günə
Onu sənə ətirməyəcək olan bir sonrakı günə
Və inadla gözlədinmi..? Əsla gəlməyəcək olan sevgilini..!
Sən heç sevdinmi
Əsla sənin olmayacaq birini..?
Çarəsizliyin nə olduğunu ən dərindən hiss etdinmi..?



Tərcümə etdi: SOLEDAD

Nifrət və Sevgi...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.