Bir şey var canımı yandıran...

09 Şubat 2015
2 188
0
Bir şey var canımı yandıran...
Bir şey var canımı yandıran...

Bir şey var canımı yandıran...

Bir şey var canımı yaxan. Buz kimi bir şey..
Həyatdan dad ala bilmirəm.. Səni düşünmədən edə bilmirəm.. Sənsiz keçmir zaman..
Ölüm səssizliyi kimi çökdü səssizlik içimə.. Qışqırmaq istəsəm səsim çıxmır.
Susdum mən də şüursuzca..
Dilim danışmır.. Qələmimsə susmaq bilmir..
Hər kəs üzərimə gəlir 'niyə,?' deyə.. Qışqıra bilmirəm açıqlaya bilmirəm yalnız susuram..
'Sevirəm həm də ölumunə' deyə bilmirəm.. Kilidləyirəm dilimi
Susuram..
Bilirəm bir işıq gözləyirsən məndən. Tək bir söz..
Yenə danışa bilmirəm..

Deyə bilmirəm 'al götür apar uzaqlara..'
Desəm də zəncirliyik gedə bilmərik ki..
Eləcə baxıram səssizcə bitməmizi izləyirəm..
Səssizcə gedişini izləyirəm..
Səssizcə böyük həsrətlərə həsrətlərə atıram ürəyimi..
Donuq və boş gözlərlə..
'Bitməsin!' deyə bilmirəm.. Hər kəs 'bitməli!' deyir çünki..
Hər kəs üçünmü yaşayıram 'xeyr!'

Niyə susuram yaxşı?
Gücüm yox o qədər şeyi qaldırmağa..
Gücüm yox!!
Sevdam çox böyük amma çatmır..
Bax yenə əllərim bomboş..
Bax yenə gözlərəm bomboş..
Məhrum!!
Bir daha da olmayacaqsan qorxaram..
Bu gediş səndə bir bitmə.
Məndə ağrıya, həsrətə , yoxluğuna dair hər şeyə başlayış.


Bir şey var canımı yandıran...

Tərcümə etdi: SOLEDAD

Bir şey var canımı yandıran...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.