Yaxşısı hər şeyi unudaq getsin...

09 Şubat 2015
1 243
0
Yaxşısı hər şeyi unudaq getsin...
Yaxşısı hər şeyi unudaq getsin...



Salam ürəyimə kədərlər verən,
Salam ürəyimi yıxıb sürüyən
Necəsən, nə vaxtdı haralardasan?
Ünvanın itirdim, harda qalırsan?

Yenə əvvəlkitək deyib gülürsən?
Yenə də kiməsə əzab verirsən?
Olmaya səni də dəyişdi zaman?!
Bax buna inanmam, inanmam inan!

Aradan nə qədər keçirsə keçsin,
Zaman ac göz olub günləri yesin.
Zaman tələsdikcə çoxu dəyişsin
Səni ki, dəyişməz, buna inanmam..

Bəlkə də illəri hey yola verdik,
Bir sən dəyişmədin, bir də bu sevgim.
Əvvəldən bu eşqdən xeyir görmədik.
Yaxşısı hər şeyi unudaq getsin,
Şerim də sonlansın, burada bitsin...



Yaxşısı hər şeyi unudaq getsin...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.