Cəzalısan,daha gecdir qayıtma.!

09 Şubat 2015
2 628
0
Cəzalısan,daha gecdir qayıtma.!
Cəzalısan,daha gecdir qayıtma.!


Gecikmisən, qatar gedib sevgilim
Aramızda hər , şey bitib sevgilim
Gör elə bir zaman yetib sevgilim
Sadəcə sev, məni heç vaxt unutma,
Cəzalısan, daha gecdir qayıtma !

Sadəcə sev, yaxın durma uzaqdan,
Yaxın durma, elə boylan qıraqdan,
Sonu ölüm olsa keç yaşamaqdan,
Hisslərini mənə qarşı soyutma,
Cəzalısan, daha gecdir qayitma
!

Bu cəzanı ömür boyu çəkəcən,
Az qalıbdı qarşımda diz çökəcən
Ağlayacan, göz yaşını tökəcən,
Elə ağla, göz yaşını qurutma,
Cəzalısan, daha gecdi qayıtma
!

Sən o zaman mənə dəyər vermədin,
Zülmət gecə, bir gün səhər vermədin,
Sevdim səni amma məhəl vermədin ?
Dedim sənə, mən yazığı gəl atma,
Cezalisan daha gecdir qayitma !

Öz-özünə düşün peşman ol indi,
Mənə yox, özünə düşmən ol indi,
Sev doyunca, mənə həsrət qal indi,
Mən yatmadım, sən də hər gecə yatma,
Cəzalısan, daha gecdir qayıtma !

Bizim sevgi inan alınmaz daha,
Ölmüs hisslər sənə oyanmaz daha,
Sevdiyim sən o, "sən" olanmaz daha,
Daha bəsdi bu söhbəti uzatma
Cəzalısan, daha gecdir qayıtma !
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.