Yalnızlığım...

21 Şubat 2015
1 588
0
Yalnızlığım...
Yalnızlığım...




Yalnızlığım...

Hamı ətrafında həmişə çoxlu insan olmasını istər.Bəzənsə hər kəsdən və hər şəydən bezib yalnızlıqlarına sığınırlar.Elə bu anda bütün həyatı,etdiyi yanlışlıqları onun bu yalnızlıqda bu qədər düşünməyə vadar edən hadisələri xatırlar və həmin hadisələr gözünün qarşısından sanki bir kino lenti kimi keçər.Xatırlananlar arasında pis hadisələr də ola bilər.O bu pis hadisələri,bu pis xatirələri təkrarən xatırlayınca çox üzülər.O günlərə bir də qayıtmaq istəmədiyini öz-özünə söylər.O yaşanan bir çox pis hadisələri xatırlamaq istəməz və yalnızlığın ona yalnız bu pis hadisələri,keçmişinə dəfn etdiyi o acı xatirələri xatırlatdığını düşünüb onu məhv edən bu yalnızlıqdan tez bir zamanda yaxa qurtarıb yenə o səs-küylü,çoxlu insanlar olan yerə qayıtmaq istər.

Yalnızlığım...


Yalnızlıq yuxu kimidir.Elə bil ki,geniş ailən var.Bütün günü deyib-gülürsən.Hər zaman ətrafın səs-küylüdür.Oki gecə gəlir,hərə dağılışır öz otağına sakitlik çökür ətrafa.Yatırsan yuxu görürsən oyanırsan.Yenidən səhər açılır,yenidən ətrafa səs-küy yayılır.Yalnızlıq da belə bir şeydi.Yalnızlığa qapanırsan.Sanki bu anda ətrafında heç kim olmur.Tam sakitlik çökür ətrafa.Düşünürsən düşünürsən pis,yaxşı hər şeyi düşünürsən.Səni ağladan,güldürən- başından keçən bütün hadisələri.Əriyib gedirsən yalnızlığın dərinliklərinə. Bəzən yalnızlıq qəflət yuxusu kimi gəlir sənə.Bəzənsə düşdükcə düşmək istəyirsən yalnızlıq quyusuna.Gözlərini yumub sanki yuxuya gedirsən yalnızlığında.


__________________________________________________________________

Bəzən insanlar yalnızlıqdan çox qorxurlar.Çünki ətrafındakı sevdiyi insanların bir gün onları əvvəl-axır tərk edəcəyini bilirlər.Bu doğurdan da qorxuludur.Bəzənsə yaxın qohumların,dost bildiyin şəxslər həyatda olurlar lakin heç biri sənin yanında olmurlar.Çox heyifsilənirsən.Var olduğunu bilə-bilə yanında olmayan sevdiyin insanların yoxluğu sevdiyin insanların bu dünyadan köçüb gütməsindən də qorxuludur.Bu həqiqi yalnızlıqdır...
Bəzi insanlarsa yalnızlıqlarını özləri seçirlər.Ətraflarında onları sevən insanların olmasına baxmayaraq onlar yalnızlığı seçirlər.

Yalnızlığım...

Bəlkə də yalnızlıq elə də pis deyildir.Düzdü bəzən insan çoz bezir yalnızlıqdan.Amma yanlızlıqda insan təkcə pis xatirələri deyil həmçinin yaxşı xatirələri də xatırlayır.O xatirələr ki hər zaman yada düşəndə insanın üzündə kiçik də olsa təbəssüm yarada bilir.Səs-küydə,çoxlu insanların arasında düşünə bilmədiklərini yalnız qalanda düşünə bilirlər.Düşünürlər,və bəlkədə daha düzgün qərərlar verə bilirlər.Yalnız qalanda insan daha rahat fikirləşir və daha sağlam qərarlar ala bilir.Bu baxımdan yalnızlıq yaxşıdır.Buna məcazi yalnızlıq demək olar.


__________________________________________________________________

P.S:Yalnızlızlığın mənə pis və yaxşı təsirlərindən yazdım.Nə qədər yalnızlığın yaxşı təsirindən də danışsam,yalnızlığı həqiqi və məcazi kimi qruplara da bölsəm yalnızlıq elə yalnızlıqdır.Sonda fikirləşirəm ki yalnızlıq elə ancaq bir məna daşıyır.Və buna görə də heç kimə yalnızlıq arzulamıram...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.