Xatirələrdə

23 Haziran 2015
1 072
0
Xatirələrdə
Xatirələrdə

Bəzən sevdiyin bir musiqi eşidərsən

.O elə bir musiqidir ki,sanki hər notu xatirələrlə bəstələnmiş...Hər sözü ümidlə yazılmışdı.Sənin mahnın...Bəlkə kimisə xatırladan...Bəlkə nəyisə unutduran...Bir müddət dinləmirsən sanki unudulur musiqi,unudulur sözləri...XatirələrdəAmma təsadüfən o mahnını eşitdikdə sanki o xatirələr,o hisslər, o düşüncələr, mahnının ritmi ilə həyəcanlı ürək döyüntün...Yenidən....amma bunların hamısı mahnı bitənədək. “Bir zamanlar mənim mahnım idi “-söyləyən təbəssümün....Və bitdi...


Xatirələrdə


Bəzən çox sevdiyin bir ətir olar...Qoxusunu nəfəsinə içinə çəkdiyin doğma qoxu...Qoxusundan doya bilmədiyin, çox sevdiyin ...Bir müddət istifadə edilmədikdə sanki unudarsan qoxusunu...
XatirələrdəAmma təsadüfən doğma qoxunu hiss etdikdə ötən zamanlar, o xatirələr, insanlar bir anlıq gözünün önündən keçər.Bir anlıq o hisslər,bir anlıq o düşüncələr...Bir anlıq ürəyin darıxar, sanki sıxılar.Amma nostalji hisslər qoxu tək uçub gedər. Bir anlıq keçirtdiyin hisslər təmiz havanı nəfəsinə çəkdiyinə qədərmiş...

Yaşananlar əbədi deyilki...Bitdiyi an bir müddət düşüncələrdə qalır. Daha sonra xatirələrdə yaşayır.Və xatirələrdən də unudulub gedir. Xatırladan olmasa...
Bəzi xatirələri xatırlamaq üzündə təbəssüm yaradır...
XatirələrdəBəzi xatirələri xatırlamaq ürəyini ağrıdır...
Bəzi xatirələr isə hər gözünü yumduğunda hər dəfə sanki yenidən yaşanır.Kaş ki, o xatirələr də göz yaşınla süzülüb getsə...Kaş ki,gözün açdığında yuxudan oyandığın kimi,xatirərdən də oyanasan

Xatirələrdə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.