Mənim sevgim əbədidir, külək deyil.!!!

19 Eylül 2014
1 849
0
Mənim sevgim əbədidir, külək deyil.!!!
Mənim sevgim əbədidir, külək deyil.!!!

Quruyub yanğımda yaş, daha donub daşa düşmür,
Deyir bizim taleyimiz lap əvvəldən qoşa düşmür,
Ağlayıram ,sızlayıram, yalvarıram başa düşmür,
O köksündə gəzdirdiyi sanki daşdı, ürək deyil.


Qarşılaşsam bir gün onla , arxasını dönüb keçər,
Bir-bir ötən xatirələr göz önündən gəlib keçər,
Vurulmusam soyleyirem, mene deyir otub kecer,
O köksündə gəzdirdiyi sanki daşdı, ürək deyil.


Sən ki məni sevməmisən? inanıram unutmuşam,
Sənin kimi vəfasıza nə cür olub vurulmuşam,
Bu eşq böyük xəstəlikdi , xəstəliyə tutulmuşam,
Ondan qeyri bu dərdimə çarə deyil kömək deyil.
O köksündə gəzdirdiyi sanki daşdı, ürək deyil.


Mənə qismət deyil, səni sevdiyim qədər seviləm,
Bir gün onun qarşısında inanmazdım mən əyiləm,
Deyir mənə özgəni sev, mən sənə layiq deyiləm,
Başa düşmür başqa biri, sevgi mənə gərək deyil.
O köksündə gəzdirdiyi sanki daşdı, ürək deyil.


Qismətimiz belə imiş, sevgi oxum dəydi daşa,
Söyləyirəm unut onu, ürək məni düşmür başa,
Ayrılarkən dedi mənə - çalış mənsiz xoşbəxt yaşa,
Axı bu mən istədiyim arzu deyil, dilək deyil.
O köksündə gəzdirdiyi sanki daşdı, ürək deyil.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.