İndi candan sevdiyim başqasınındır, mənim deyil

22 Ağustos 2014
2 071
0
İndi candan sevdiyim başqasınındır, mənim deyil
İndi candan sevdiyim başqasınındır, mənim deyil


Bu gün yarım ayrılır məndən,çıxıb gedir özgəsinə,
Dözmür qəlbim,gedir ağlım,uçur huşum göylərə.
Bədənimdən can ayrılır,gözlərim görəndə getdiyini,
Yaş axır gözlərimdən,bu can dözmür yarın gedişinə.
İndi candan sevdiyim başqasınındır, mənim deyil
Yaxın idin,sevdiyim,çox yaxın idin mənə,
Amma indi uzaqsan bu yaralı könlümə.
“Sevmirəm mən” deyirsən,belə olarmı,sevdiyim?
Deyilərmi bu ağır söz səni candan sevənə?!

İndi candan sevdiyim başqasınındır, mənim deyil
Aradakı məhəbbət yanır,bir külə dönür,
Sanki aramızdakı sevgi körpüsü heçə dönür.
Elə bil atəşli sevginin sahibi biz deyildik...
Gözlərim o sevgini gözlərində artıq görmür.

İndi candan sevdiyim başqasınındır, mənim deyil
Bilirəm,getmə desəm də,qalmayacaqsan burda,
Ürəyim üsyan edir,xəyallarımsa darda.
Hanı?Bəs dar günümdə yanımda olacaqdın?
Sən verdin bu dar günü,indi gedirsən hara?!

İndi candan sevdiyim başqasınındır, mənim deyil
Gözlərində sevgi var,amma heyif mənim deyil,
Ürəyində geniş yer ona aiddir,mənə deyil.
Sözlərin sevgi doludur,heyif mənə deyilmir,
İndi candan sevdiyim başqasınındır,mənim deyil...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.