Sevgin üçün
Yenə yazıram.. Sanki bu yazdıqlarımı bütün dünya və Sən oxuyacaqsan kimi.. Bir tək mən qələmim, dəftərim bilir. Amma mən elə hiss etmirəm, sanki sən oxuyursan, sanki sənə çatır yazdıqlarım..
Sənin üçün elə darıxdım ki..
Sənsiz necə darıxıram bir bilsən.. Hər nə oldusa oldu, xatırlamıram belə..
Mən ümidimi heç kəsmədim ki.. Ümidsiz yaşaya bilməz onsuz da insan.. Bəlkə də bu həyata səbəbim.. Bu ümid... Həyata səbəbim bəlkə..
Hər nə şəkildə olursa olsun, xəbər almaq səndən, necə gözəldir.. Varlığını bilmək, darıxmaq, nəfəsini hiss etmək nə gözəl..
Səsin həmişə qulaqlarımda, nəfəsin həmişə nəfəsimdə idi..Səni həmişə içimdə, həmişə içimdə yaşadın.. Həmişə ulduzlara baxdım, soruşdum.. Görə bilmədiyim zamanlarda səmaya yazdım səni, yatarkən yuxuma və musiqi dinləyərkən ruhuma yazdım məcazi də deyil..
Sən Mənim üçün nə qədər fərqlisən bilə bilməzsən..
Mən hemise Hiss etdim səni..Hisslər yalan danışmaz.. Gözlər kimi.. Sənin gözlərində yalan danışmadı.. Bilirəm! Gəlməsən də, bilirəm.. Hiss edirəm.. Mənə söylədiklərin yalan olsa belə gözlərin yalan deyildi..
İndi mən yeni bir günü gözləyirəm..
Hər səhərim açılır, amma mən səndən bir şey eşitmək, hiss etmək üçün gözləyirəm.. Bir bilsən, sənə necə möhtacam.. Sənin kimi kimsə ola bilməz.. Sənin kimi kimsə mənə baxa bilməz..
Və ən əhəmiyyətlisi məni kimsə hiss edə bilməz..
Səndən başqasına bunları hiss edə bilmərəm.. Bunları mənə hansı ürək yaşadacaq? Hansı yalançı ürəklər? Hansı aşiq ürəklər? Heç biri yaşada bilməz.. Sənin xaricində hər şey yalandı! Bir tək sənsən.. Sənin ürəyin..
Ürəyin üçün darıxdım.. Sənin üçün darıxdım..
Necə darıxdım bir bilsən..
Gözləməkdən bezmədim, səhv anlama! Gözləyərəm, bir ömür gözləyərəm..
Sənin üçün, ürəyin üçün, baxışların üçün, sevgin üçün darıxdım...