Mən səni ömrüm kimi sevirəm...

12 Nisan 2021
6 371
0
Mən səni ömrüm kimi sevirəm...
Səni sevirəm! Bütün yorğunluğuna baxmayaraq həyatın, ürəyimin enerjisi heç bitmir... Səni sevərkən böyüyürəm...

Səni sevirəm! Hər səhər yeni bir günə oyanıb, təkrar və təkrar içimdə eşqinə şahidlik edirəm... Səni hər gecə və səhər yenidən sevirəm, köhnəlməsin deyə...

Nə vaxt yağış yağsa, nə vaxt günəş doğulsa, nə vaxt bir mahnı eşitsəm, nə vaxt yuxu görsəm səni xatırlayıram... Hər nəfəs alışımda, səni sevdiyimə özümü şahid göstərirəm...Səni bütün zamanların kənarında sevirəm... İndi və bundan sonra hansı həyata keçsə, ruhum orada da sevməyə davam edəcək bilirəm...

Biz heç tanış olmamışıq da, onsuz da doğulmuşuq kimi hiss edirəm... Səndən əvvəlinə dair xatirələrim nə oldu, fərqində deyiləm!

Sənlə tamamlayıram özümü, sənlə çoxalıram... Harada olsan ol, səni hiss edirəm... Barmağın kəsilsə, mənim burada canım ağrıyır... Sənə toxunmadan, heç görmədən belə hisslərini anlayıram...Hansı yeməyi yesəm, sevərsənmi deyə düşünürəm... Boğazıma düzülür loxmalar, həmişə yarısını sənə ayırmaq istəyirəm...

Səni sevmək, həyatın hələ ümid dolu olduğunu xatırladır mənə... İnanclarıma, inadıma, xülyalarıma sənə olan sevgimlə sahib çıxıram...

Bir möcüzə kimi, bir yuxu kimi, sadiq bir dost kimi, həmişə həyatımda qalmağını diləyirəm... Mən səni sən olduğun üçün sevirəm...Səni sevərək özümü tamamlayıram... Bu uzun həyat səfərində həmişə yanında olmağı istəyirəm... Yaxşı və pis nə varsa yaşanacaq, başdan qəbul edirəm... Səni sevərək daha çox inanıram eşqə... Nə günah işləmişsəm, hamısının əvəzini səndə ödəməyə razı oluram...

Mən səni ömrüm kimi sevirəm...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.