Ona deyə biləcəyiniz ən gözəl SEVGİ SÖZLƏRİ
- Bəyəm bütün şairlər sənə aşiq idi? Oxuduğum, dinlədiyim hər şeirdə sən varsan.
- Birinin gözlərinə baxmaq onun yuxularına girmək istəməkdir. Sevməyə qabiliyyətin yoxdursa, o gözlərə baxmayacaqsan.
- Elə sev ki, ürəyindən heç kim onu çıxara bilməsin. Və elə birini sev ki, səni gözləriylə belə, aldatmayacaq qədər.
- Çox sevilməyə deyil, həmişə sevilməyə ehtiyacım var.
- Xoşbəxt olmaq vecimə deyil, sən yanımda ol, yetər.
- Gülüşünü sevərsən, səsini sevərsən, söhbətini sevərsən. Sevmək üçün mütləq üzünü görmək şərt deyil, ürəyində duruşunu sevərsən.
- Yağış başlayanda “gəlsəydi, birlikdə islanardıq”, - deyəcəyi biri olmalı insanın həyatında.
- Bir insan aşiq olduqda qısqanar, qışqırar, sorğu-sual edər, hesab soruşar, sahiblənər. Amma anlayana...
- Gördüyünü hər kəs sevər, sən onda görmədiyini tapacaqsan. Əgər gerçək eşq istəyirsənsə, bədənə deyil, ürəyə toxunacaqsan.
- Açıq çay içərdi həmişə, dəmli olduqda stəkanın digər tərəfindən məni görə bilmirmiş. Belə deyirdi...
- Eşq üçün yaşadıqlarımı bilsəydin əgər, hələ də sevə bilməyimə aşiq olardın.
- Böyük eşqlər ya sonsuzdur, ya da onsuz...
- Sən mənim ən qiymətlimsən, ən gözəl, vazkeçilməzimsən. Sevməklə bitməyənimsən, Sən mənim həqiqətimsən. Ən dərinimdə, ən içimdəsən. Sən mənim ən gözəl dərdimsən.
- Sevgi kəpənək kimidir. Arxasınca qaçdıqca səndən qaçar. Ən yaxşısı qoy, uçsun, bəlkə heç gözləmədiyin bir anda gəlib çiyninə qonar.
- Sevgi bəzən əlini ilk dəfə tutanda duyduğun o istilik, gözlərinə ilk dəfə baxanda gördüyün o işıq, bədəninə ilk dəfə yaxınlaşanda yaşadığın o ehtirasdır.
- Bil ki, yıxılmaq deyil insanları kədərləndirən. Əlindən tuturmuş kimi davranıb, əslində itələyənlərdir insanı həyatdan küsdürən.
- Ağrılarıma belə, həzz qatır eşqin. Bütün hüceyrələrimə toxunan məlhəm kimisən.
- Ya ürəyimi yerindən çıxart artıq səni sevməsin, ya ağlımı əlimdən al artıq səni düşünməsin, ya fəryadımı eşit gözlərimdən xəyalın silinməsin, ya da canımı al bu qədər acı çəkməsin.
- Eşqin göz yaşları isladarkən sevgilinin çiynini, niyə bu qədər gecikdiyini soruşur eşq mələyi.
- Ölüm dediyin nədir ki? Dönüşü olmayan tətil. Eşq dediyin nədir ki? Gəncliyi öldürən qatil.
- Biz səninlə tarix boyu gecikmiş eşqik. Vaxtında çatmadıq xəyal qırıqlarımızı daşıyan gəminin yola düşməyinə..
lent.az