• Sən • axı • kimsən?•

25 Şubat 2015
2 763
0
• Sən • axı • kimsən?•
• Sən • axı • kimsən?•


Sən axı kimsən?
Zalım,qəddar,insafsız biri deyilsən,amma,hər gün məni ağladırsan,hər gün əzab verirsən sənsiz varlığıma.

• Sən • axı • kimsən?•

Sən axı kimsən?
Qohumum,dostum,heç tanışım da deyilsən,amma,mənə məndən yaxınsan.Varlığımda mənliyimsən.

• Sən • axı • kimsən?•

Sən axı kimsən?
Xəyal deyilsən,həqiqətsən,varsan,amma,yoxsan həyatımda,hər zaman xəyalımdasan.Sadəcə səni xəyal edə bilirəm.

• Sən • axı • kimsən?•

Sən axı kimsən?
Nəfəs deyilsən,amma,nəfəs qədər önəmlisən,nəfəs kimi yaşadırsan məni.Sən olmasan mən də olmaram.

• Sən • axı • kimsən?•

Sən axı kimsən?
Əcəl deyilsən.amma,ölümüm sənin əlindədir.İstədiyin an məhv edirsən məni.


• Sən • axı • kimsən?•

Sən axı kimsən?
Ürək deyilsən, amma, illərdirki köksümdə döyünürsən, məni sən yaşadırsan.Səninlə yaşayıram.

• Sən • axı • kimsən?•

Sən axı kimsən?
Ruh deyilsən,amma,ruhum sənsən.Ruh kimi canımdasan,ayrılmırsan məndən.
Sən axı kimsən? Söz deyilsən,cümlə deyilsən,amma,hər sözüm sənsən,hər cümləm səndən ibarətdi.

• Sən • axı • kimsən?•

Sən axı kimsən?
Külək deyilsən,günəş deyilsən,səma deyilsən,amma,çata bilmirəm,toxuna bilmirəm sənə.Hər zaman əlçatmazsan,hər zaman uzaqsan.

• Sən • axı • kimsən?•

Sən axı kimsən?
Bağışla,bilmədim kimimsən.
Amma, hər kimsənsə elə sənə EHTİYACIM VAR...


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.