Misralara düzərək yazdım qeyd dəftərinə ...

28 Şubat 2015
1 235
0
Misralara düzərək  yazdım qeyd dəftərinə ...
Misralara düzərək  yazdım qeyd dəftərinə ...


Həsrət çəkən bülbülün qalıb xəzan bağında,
Sənsiz qaldım gözəlim ömrun cahil çağında,
Keşkə gülüm olardim indi sənin yanında,
Tutardım əllərindən baxardım gözlərinə....

Solmaz olan cicəksən qoxuyardım ömrümə ,
Əbədilik yazmışam mən ismini qəlbimə ,
Sən olmusan bir əlac,sənə möhtac dərdimə
Dözəmmirəm day artıq hicrana həsrətinə...

Səmalarda parlayan dan ulduzumsan mənim,
Arzum budur olmasın nə kədərin nə qəmin ,
Ay məni məndən alan,gecikmiş məhəbbətim .
Nə deyim sənsiz kecən vaxtına möhnətinə ...



Bir duyğusan hər biran xəyalımda dolanan
Yoxdu nə bir bənzərin,nədə sənə tay olan ,
Seymura tək baxışın daim yadigar qalan ,
Misralara düzərək yazdım qeyd dəftərinə ...

Müəllif Seymur Sönməz
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.