....həyatla ölümün arasında mən

27 Şubat 2015
1 540
0
....həyatla ölümün arasında mən
....həyatla ölümün arasında mən



Bir qəlbi sınığın qəlbi kimiyəm
xəbis ürəklərə qəlpə kimiyəm
indiki halımda körpü kimiyəm
həyatla ölümün arasında mən.

yenə də üzümə gülərkən ilham,
dərd də gülümsədi azca bu axşam.
oynaya-oynaya oyun olmuşam,
iki təbəssümün arasında mən.

taleyim üzümə güləcək bəyəm,
sevginin,həsrətin əlində nəyəm?
hər zaman üzmüşəm və üzməkdəyəm,
bu üç təlatümün arasında mən.


bir tanrı şahiddir nələr çəkmişəm,
xeyir gözləsəm də zərər çəkmişəm.
səni sevməməkçin çəpər çəkmişəm,
gözümlə könlümün arasında mən.


Müəllif:Ruslan Talıb


....həyatla ölümün arasında mən
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.