SəN DeMə....

27 Şubat 2015
1 575
0
SəN DeMə....
SəN DeMə....



Gözlərinin alovuna göz həris,
De,sevərək sevilməyin nəyi pis.
Bir zamanlar göz yumduğum adi hiss,
Məhəbbətə dönəcəkmiş sən demə.

Tənhalıqdan sıxılarkən bir ürək,
Bir ömürü yaşamışam gülərək.
Elə bildim,bəxt üzümə güləcək,
Dərd üzümə güləcəkmiş sən demə.

Ana kimi,vətən kimi müqəddəs,
Bu sevgini mənəm ona verən kəs.
Təəssüf ki,təəssüf ki,o nakəs
Bunu ölüm biləcəkmiş sən demə.

Ömür kimi,ölüm kimi duyulan,
Bu eşq ki var ya doğrudur,ya yalan,
Başlanqıcı o səninlə qoyulan
Sabahı yox gələcəkmiş sən demə.


Müəllif:Ruslan Talıb


SəN DeMə....
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.