Unutdum

02 Mart 2015
2 050
0
Unutdum
Unutdum



“Unutdum”
Unutdum
Unutmaq çətindir, bunu bilirəm,
Amma mən unutdum, inanmalısan.
“Nə tez?” sualına cavab verirəm,
İllər keçib oyan, sən çox yatmısan.
Unutdum
Mümkün deyil deyə, bir şey yox məncə,
Səbrli olaraq cəhd etməlisən.
“Heç vaxt unutmayacam səni”, deyincə,
İrəli atılıb, döyüşməlisən.
Unutdum
Çalış and içməyi istəmə məndən,
And içən yalançı olur deyirlər.
Sən ki, tanıyırsan məni əvvəldən,
Dilim ağzımla doğru söz kəsər.
Unutdum
Mən artıq sevmirəm səni, unutma,
Geriyə dönməyi çıxar yadından.
Arxaya baxaraq yolundan qalma,
Yolçu yolda gərək, bil ən azından.
Unutdum
Bir vaxtlar ömrümün qonağı idin,
İndisə küçədən keçən yad biri.
Sən mənim qapımı döyməməliydin,
Səhv etdim buraxdım səni içəri.
Unutdum
Nəyimə lazımsan, dəyərin yoxdur,
Yaşasan ya ölsən, nə önəmi var?
Sənin tək gözəllər hər yerdə çoxdur,
Ağlağan gözlərlə tənlərin arar.
Unutdum
Müəllif: Nicat Babaşov
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.