Sənsən mənim Ulduzum, tək Günəşim!

04 Mart 2015
2 541
0
Sənsən mənim Ulduzum, tək Günəşim!
Sənsən mənim Ulduzum, tək Günəşim!


Sənsən mənim Ulduzum, tək Günəşim!


Harada bir, mahnı eşitsəm, yaşadıqlarımı axtarıram.
Səni axtarır gözlərim. Səni görmək ümidiylə axtarır.
Sevgidən nə tapıramsa, sənə, mənə, bizə aid edirəm.
Yəqin, yəqin deyirəm.
Harada bir, gözəllik görsəm, səndən bir əsər axtarıram.
Əsl həyatda hiss etmədiyim həyacanı yaşayıram.
Artıq, mahnıları başqa cür dinləyirəm.
Pis anları unutdum, bədbəxt anları düşünmək belə istəmirəm.
Səni, səni və sevgini istəyirəm.
Harada bir, gözəllik görsəm Səndən, bir əsər axtarıram.
Sənə yozuram içimdəki xoşbəxtliyi, dincliyimi bizə bağlayıram.
Axtardığımı tapmağın dincliyi var həyatımda!!!
Mən xoşbəxtəm. Səni sevdiyim üçün mən çox xoşbəxtəm.
Bütün rahatlığımı sənin ürəyində tapacağımı bilirəm. Səninlə.
Əyər səni sevmək günahdırsa, onda həbs et məni! Qəlbində, sənə ən yaxın olan yerdə.
Sən ulduzları sevirsən, əslində hər ulduz sənsən.
Səni qucaqlayanda bütün ulduzları qucaqlayıram.
Sənə toxunanda kainat ovuclarımın arasında olur!!!
Günəşimsən, səhərlər gözlərimi qamaşdırıb məni yuxudan oyadan.


Sənsən mənim Ulduzum, tək Günəşim!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.