Sənsiz keçirdiyim günlər mənə düşmən

04 Mart 2015
1 436
0
Sənsiz keçirdiyim günlər mənə düşmən
Sənsiz keçirdiyim günlər mənə düşmən

Mənim sənli yayım. Hər fəslimdə, ilimin hər aylarında
həyatımdasan. Məndəsən, mənimləsən.
Darıxmaq... Qısqanclıq... Göz yaşları... Və sevgi... Yəni
budu sevginin tərifi!? Amma mənim üçün tərif başqa
cür idi axı... İkinin bir olması... Eyni istiqamət.
Bir gün üzr istəyəcəyini bilirsənsə nə üçün incidirsən
bu ürəyi... Sənsiz asan deyil ki, çətinliyə
dözümlülüyümü yoxlayım özlüyümdə.
.Sevginin qədərinnən danışmaq istəyirəm! Bu yaşıma
qədər sevginin "qədəri"ni ölçə bilməmişəm. Mənim
üçün sevgi qədərsizdi. Yəni hər hansı bir ölçü vahidi ilə
sevgini sıxmaq, çərçivəyə salıb sərhədlərini
bağlamaq... Mənim üçün ağılasığmazdır. Dünya qədər!?

Can qədər!? Həyat qədər!? Özü qədər!? Sonlu deyilmi
hamısı!? Belə çıxır ki, sevginin də sonu var? İnsan
ölümsüz deyil doğrudur və ruh cismi tərk edən zaman
bütün duyğulardan ayrılır, amma ölümsüz olan nə
qədər sevgilər var!!!
Bəs mənim sevgimin "qədər"sizliyi nə qədərdi?

İstərdinmi qeyri real gələcəyə baxmaq? Nəfəsimizi
dərmədən arzuladığımız günlər. Hisslər… Daha nələr,
nələr… Dinlə:

Gəl açaq qanad,
Gəl uçaq göyə,
Gəl qoşul mənə,
Gəl qoşul qaçaq...
Hisslərimi ifadə edə bilməyəcək qədər acizəm… Səni
sənə danışa bilməyəcək qədər cahiləm… Səninlə
olarkən sənsizlikdən diksinən qorxağam… Dinlə:
Sən yaşa, Mən yazım
Mən yaşamasam da olar, mən razı...
Tək cümlə, iki kəlmə YAZIRAM…
Səni sevirəm!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.