Məni sevə-sevə uzaqlaşırsan..

05 Mart 2015
3 442
0
Məni sevə-sevə uzaqlaşırsan..
Məni sevə-sevə uzaqlaşırsan..

Məni sevə-sevə uzaqlaşırsan..Güya, mənə görə uzaqlaşırsan ?
Məni istəsəydin, qala bilərdin.
Bilmədən xətrimə dəymisənsə də,
Bilərək könlümü ala bilərdin.
Məni sevə-sevə uzaqlaşırsan..
Niyə sıxılırsan, nə var ki, burda ?
Sorğusuz, sualsız, icazəsiz get.
Şair yaxşı deyib, deyim sən də bil,
"Getmək istəyirsən, bəhanəsiz get"
Məni sevə-sevə uzaqlaşırsan..
Çox şey istəmirəm, bir istəyim var,
Bu, "dəlim" sözünü demə heç kimə.
Kimsə səhv anlayar küsər, inciyər,
Sənə desələr də, yenə sən demə…
Məni sevə-sevə uzaqlaşırsan..
Yaşanmış anları heç unutmadın,
Sağ ol ki, arada soraqlaşırsan.
Böyük təsəllidir, yalan da olsa
Məni sevə-sevə uzaqlaşırsanMəni sevə-sevə uzaqlaşırsan..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.