Sevə-sevə tərk edəcəyəm
Üz döndərəcəyəm mən bu məhəbbətdən,
Küsüb gedəcəyəm bu acı qismətdən.
Qurtulacağam bəlkə də bu həsrətdən,
Səni mən sevə-sevə tərk edəcəyəm.
İtəcəyəm gözlərindən ilim-ilim,
Qəlbimi kəssə də hicran dilim-dilim.
Səndən ayrılacam həmişəlik sevgilim,
Səni mən sevə-sevə tərk edəcəyəm.
Səninlə yaşamaq daha olub acı,
Bircə ayrılıqdı dərdimin əlacı.
Sən olsan da mənə əziz qardaş, bacı,
Səni mən sevə-sevə tərk edəcəyəm.