Son dəfə..

05 Mart 2015
1 397
0
Son dəfə..
Son dəfə..
Son dəfə..O, ürəyinin içində bürüşüb qalan cismini şux tutmağa qeyrətləndikcə qan damarları onun yollarına çıxır, ayağına dolaşırdı.
Ürəyinin içindəki şöbələri bir bir gəzdikcə kimi hara yerləşdiridiyini görürdü. Haranı daha çox qidalandırdığını, haranı isə ehmal etdiyini daha aydın görürdü.
Əslində, ən son yerə, son, alt şöbəyə özünü qoymuşdu. Özünə heç yer yox idi qəlbində. Varsa, yoxsa dotları və arvadı. Atası və anasını isə ürəyinin məzarlığında sevirdi. Onları çox tez itirdiyindən bir əksiklik, ya da artıqlıq duyğusu vardı ürəyində.
Özünü yerləşdirdiyi şöbəyə daxil oldu. Bir az gəzindi. Sən demə, özünü arvadı onu sevirdi deyə sevirmiş. Nə maraqlı kimsə idi, bu..
Gecənin burda necə olduğunu görmək istəyirdi. Günəşin batışını, yağışı, tufanı..
BU kimsə bilmirdmiş ki, elə hər gün burda gecədir, yağışdır, tufandır..
Öz olduğu şöbəd gəzindi, gəzindi.. Burada hər yer tozlanmış, paslanmış, çürümüş idi. Orda elə bir yer tapmadı ki, gözəl ətir gəlsin. Qəribə bir qoxusu vardı oranın.. Ac insanların ağızalarından gələn qoxu kimi.. O şöbə sevgiyə şöhtac idi. Ac idi..
Əllərini toxundurduqca incitdiyini hiss edirdi. Eh.. Bura artıq heç bir qayğını qəbul edə bilmir. Elə incidir ki... Sanki açıq yaraya duz basdırırsan.
Axı o, indiyə kimi heç bir ağrı hiss etməmişdi. Hə.. Səbəb o idi ki, o şöbə artıq nudulmuşdu. Və yadına düşdüyü zaman da heç bir çarə qalmamışdı. Əlini toxundurduğu hər yer incidirdi. İndi o, ürəyinə kənardan baxmaq istəyirdi. Kənardan o ağrıları hiss edəcəkdimi?
Özünü məhkum etdiyi şöbədən çıxmaq istədi. Amma ayağı nəyəsə ilişib yıxıldı. Qalxmağa çalışdıqca daha da yıxılırdı. Elə bil, bataqlığa düşmüşdü. Axı o, hələ də ürəyinə kənardan baxa bilməmişdi.
Burdan təcili çıxmalı idi. Başını qaldırdı. Və o şöbənin qapısının qırıldığını gördü. Ordan qaça-qaça çıxdı və birdən duruxdu.
O, burdan çıxıb hara düşmüşdü axı?
Başını o yan- bu yana çevirdi. Gördüyü sadəcə mürəkkəb bir sistem idi. Bir az geri çəkildikdə isə qəlbini gördü.
Elə tozlanmış, paslanmış, çirk içində və qızıldan..
Əslində, ordan baxanda gördü ki, onu tək sevən ən başa yerləşdirdiyi Allah və ürəyinin məzarlğındakı ailəsidir. Başını bir az daha çevirdi. Və arvadının da o məzarlıqda olduğunu gördü.
Nə olmuşdu axı?
Sanki birdən bədəni çalxalandı. O yıxıldı. Başını qaldırdiğında bədəninin qan içində olduğunu gördü. O, artıq beyninə də, qəlbinə də kənardan baxa bilirdi. Ürəyini gəzən cismi qan gölünə batdı. Və bir də heç görünmədi...Son dəfə..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.