Söylənməyən nə qaldı

05 Mart 2015
1 289
0
Söylənməyən nə qaldı
Söylənməyən nə qaldı


Yağmur buraxmadan keçən buludlar kimiydi zehnimdəki düşüncələr,
Dilimə düşməyən,sözlərə çevrilməyən.
Mən sənə nə demədimki bu qədər zaman ərzində?

Hər zaman söylədiklərimdən çox idi söyləyə bilmədiklərim
Hər zaman bir bilinməz fəsildəki çiçəkləri qoxladıb,hiss etdirməyə çalışdım sənə.
Hər zaman bir az daha zaman itirdim səslənmək üçün sənə və hər zaman məğlub oldum
Mən sənə nə demədimki bu qədər zaman ərzində?


Öz qaranlığında günəşə görünmək üçün qərar verən bir toxum kimiydim
Çətin idi çıxmaq girdiyim torpaqdan
Amma gözəl idi.

Həyatımın istiqamətləri dəyişirdi
Yəni dəyişdirən sən idin istiqamətlərini həyatımın,
Hər zaman söylədiklərimdən çox idi söyləyə bilmədiklərim
Buna görədə kəlimələrin ardı arası kəsilmirdi.

Sığışdıra bilmədiyim duyğu iki kəlimənin arasındakı boşluqda gizlidir.
Ona görədə yazdıqca barmaqlarım,dedikcə dilim qururdu cümlələri
Sənsiz darıxıram
Səninlə yaşamaq üçün
İçimdəsən!!!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.