Xoş gəldin. Yenə də susmağa gəlmisən yəqin ki

05 Mart 2015
2 760
0
Xoş gəldin. Yenə də susmağa gəlmisən yəqin ki
Xoş gəldin. Yenə də susmağa gəlmisən yəqin ki

Mənim üçün məsafə yoxdur
Nə zaman səni özləsəm gözlərimi bağladım ..

"Hər şey çox gözəl olacaq " nağılı yerinə , " pis şeylər də olacaq amma yanında olacağam " səmimiyyətini sevirəm .

" Ömrün , saçların qədər uzun və gözəl olsun " dedi gedərkən adam . Və qadın o gündən sonra bir daha uzatmadı saçlarını .

Baxdılar görmədilər
Eşitdilər dinləmədilər
Toxundular dəymədilər
Od tutub yandım hiss etmədilər
Sonra "Səni ən yaxşı mən bilirəm " dedilər..
Səndən xəbərsizdilər
Mən yoxkən ruhumu görməyindən
Susqunluğumda min cümlə eşitməyindən
Sən daha əlimi tutmadan titrəməyimdən xəbərsizdilər .
mənə mükəmməl biri lazım deyildi..sən lazım idin..səndə getdin..



Bəli haqlısan
Pislər qaldı içimdə
Yaxşı yönlərini ballandıra ballandıra danışdım hamıya..
Pislərmi ?
Boş ver onları mən sirlərimi içimdə saxlayıram
Bu səbəbdəndir içimin pisliklərlə dolu olması .

Mən siqaret dəlisi bir adamıydım. yatmazdan əvvəl , oyanar oyanmaz, və hətta bəzi gecələrdə oyanıb birini içimə çəkib yatardım. Sonra sən gəldin. Səni izləyərək yatdım .yuxularımda həmişə sən..oyanar oyanmaz ağlımda sən. Bəzi gecələr yata bilmirəm sənsizlikdən . Çox olub siqareti külqabında unudub , səni izləyib , səni düşünüb darıxdığım.. keçən axşam sağ işarət və orta barmağım yandı. Unutmuşam tək bir rəsminə baxarkən əlimdə yanan siqareti.. Mən səni siqaretdən belə çox sevdim xanım..

Tez- tez mənə ; " Sən kinli biri deyilsən " deyirlər .. siz nə deyirsiz deyin. Qəlbim onu unutmadıqca , beynim ürəyimi bağışlaya bilməyəcək ..

Anladım ki ; kişilik ağlamamaqdan deyil ,
Ağlatmamaqdan keçirmiş...

Günaydın bozlar içində qalan şəhər
Günaydın çörək qoxusu , işinə gedən sarışın
Günaydın avtobus sürücüsü
Günaydın çirkin səsli qarğa
Günaydın dikdaban ayaqqabı səsi
Rəngli binalar , köhnə sevgililər ,Unutduqlarım günaydın..
Günaydın yekə qarınlı Bakı polisi
Günaydınıma cavab verməyən yaşlı qoca Günaydın.
Günaydın dünyalılar
Marsdakılar günaydın
Günaydın ölülər , dirilər , bugün doğulacaq olan körpələr
Yaşadığını unudanlar
Ən çoxda sizə günaydın

Sevgidən bəhs edən hər kitabda bir qadın dəfn olunur...


Bir adam özünü asdı bu gecə
asdı ürəyimin şah damarından...
bir adam özünü asdı gizlicə
asdı çin olmayan arzularından

Dinləyib ruhumun ayaq səsiylə
həmin baxışları gəzirəm indi

Ver canını qurtar canın
Ölüm həyatdan incədi
Dərdləri də dərd eləmə
Onlar hamısı ölüncədi.

Xoş gəldin.
Yenə də susmağa gəlmisən yəqin ki.

Divardan asılan şəkillərini
Süzdü bircə-bircə, baxdı üzümə
Adını soruşdu, "unutdum” dedim
O isə sadəcə güldü sözümə...

Ruhu getmiş bədən ölə bilərmi?
Ölüm icidərmi yoxluğun qədər?
Geri dönərdinmi bir günlüyünə
Mən sabah öləcəm bilsəydin əgər?

Mənim bütün şeirlərim plagiatdır...
mənimçün "yazdığın" həyatı köçürürəm...

Mən hər yazıda intihar edirəm... hər yazım bir günah və yeni bir həyatın başlanğıcıdır...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.