SÖZ VERİRƏM SƏNİ UNUDACAM MƏN

15 Mart 2015
1 526
0
SÖZ VERİRƏM SƏNİ UNUDACAM MƏN
SÖZ VERİRƏM SƏNİ UNUDACAM MƏN




Səndə yalan vardı məndəsə düzlük
Kitab bir üzlüdü sən neçə üzlük?
Silib gözlərimdən yaşı ömürlük
Səni unudacam söz verirəm mən!




Yalnızlıq adamın həyatın sorur
Gəlmə mənə sarı elə orda dur
Sıxıb dişlərimi yaşayıb məcbur
Səni unudacam söz verirəm mən



Ağlamıram mən sakitəm sakit
Səni sevmirdi o ay yazıq çıx get
Özün bilərsən sən nə bilirsən et
Səni unudacam söz verirəm mən!




Gör məni bir insan nə günə salıb
Bütün gəncliyimi sovurub alıb
Özümü unutdum sənə az qalıb
Səni unudacam söz verirəm mən!





Silməyə başladım birinci addan
Ya sən ürəydən köç ya mən həytdan
Çıxardıb ömürlük silərək yaddan
Səni unudacam söz verirəm mən!






Xəyalım yox olub itəndə bir gün
İçki köməyimə yetəndə bir gün
Səndən yazan qələm bitəndə bir gün
Səni unudacam söz verirəm mən!



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.