Unudacam

03 Ekim 2014
3 534
0
Unudacam
Unudacam


Salam Sevdiyim.
Bu gecə də sənin yoxluğunda səndən danışacam .
Gəlişin deyildə gedişin çıxmır ağılımdan .
Sənsizliyi qaldıra bilmirəm , bilərsən .
Bilirsinde hardasan?
Bu parçamda sənə sevgimi deyil , nifrətimdən danışacam
Keçmişdəki xoşbəxtliyimdən danışacam .

Anam vardı, ailəm vardı, gülüşlərim vardı, səbəbsizcə qəhqəhələrim vardı, şəkərlərim vardı .
Gün gəldi böyüdüm . Tozpembə olan həyatım qapqara oldu .
Eşqlə tanış olduq
Mərhaba mən Eşq : Həyatını qaraltmağa gəldim . dərcəsinə gəldi .

Anamın kiçik saf qızı qala bilmədim .
Atamdan başqa adama aşiq oldum .
Atam kimi qoruyar , qollar , onun kimi sevər sandım .
O məni buraxmaz , buraxamaz dedim .
Çoxmu şişirtmişəm ?
Bəli mən səni çox şişirtmişəm . Çox böyütmüşəm gözümdə .

Gülüşlərimi oğurlayacaq qədər sevmişəm .
Hər gecə ağlayacaq qədər sevmişəm .
Çox sevmişəm .
Anamın kiçik şirin qızı qala bilməmişəm .
Böyümüşəm .
O nə etmiş ? O məni tərk etmiş .
Uğruna öldüyüm adam məni tərk etmiş .
Bir dəfə deyil min dəfə öldürmüş .
Nağıllarda danışılan xoşbəxt son olmadı .
Yalnız son oldu . xoşbəxt olmadı bərbad bir son oldu .

Mən uşaqlığımı , gülüşlərimi , şəkərlərimi , oyuncaqlarımı necə unutduysam : sənidə unudacam .
İndi səninlə keçmişimi unudacam , adını unudacam , mesajlarını unudacam , nömrəni unudacam .
Mən kiçikliyimi , tozpembe həyatımı , qəhqəhələrimi , şəkərlərimi necə unutduysam : Sənidə elə unudacam .

Unudacam ki hər gecə ağlamayım .
unudacam ki canım yanmasın .
unudacam ki . Unudacam işdə adam mən səni unudacam .
Getdiyin qadın məni tərk etdiyinə dəydimi indi . ?
Qollarının arasına alıb yağışda nəfəsiylə istidə bilirmi səni ..
Mənim Kimi ?

Mən sevmişdim səni . Mən .
Qışda yağışın altında islanacaq qədər ,
qarşında ağlayacaq qədər MƏN sevmişdim səni .
Taparsan əlbət məndən gözəlini ya mənim kimi sevənini ?

Baxma indi mənə elə .
ağlamıram .
İnanma Yeşilçam filmlərindəki kimi yalan danışıram .
ağlayıram, hər gecə yoxluğunda ağlayıram .
Yatağımda yorğanı başıma çəkərək , nəfəsimi tutaraq , nəfəssiz qalaraq hıçqıra hıçqıra ağlayıram .
Ağlarkən ağızımdan tək söz çıxır .
Unudacam
Necə unutduysam gülüşlərimi necə itirdiysəm uşaqlığımı , saflığımı sənidə unudacam .

İndi Adam mən unudacam .
Sən xatırla .
Mən yatacam .
Sən səhərə qədər ağlayacaqsan .
Mən güləcəm .
Sən bədbəxt olacaqsan yoxluğumda .
Mən səni unudacam adam . Unudacam
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.