Mən səni hamıdan artıq sevmişəm

03 Ocak 2015
2 373
0
Mən səni hamıdan artıq sevmişəm
Mən səni hamıdan artıq sevmişəm

Bu ayrı məhəbbət, ayrı istəkdi,
Gül çöhrən çöhrələr içində təkdi.
Bu dərdli ürəyim, bilsən nə çəkdi,
Mən səni hamıdan artıq sevmişəm.

İndi bilirəm ki, yalnızlıq nədi.
Hər adın gələndə qəlbim göynədi.
Gözüm səndən özgə gözəl görmədi,
Mən səni hamidan artıq sevmişəm.

Getdiyin yollara gözüm hey baxır,
Həsrətin qəlbimi yandırır, yaxır.
Gəldi eşqimizə bir son, bir axır,
Mən səni hamidan artıq sevmişəm.

Bülbül çəmənzara salar meylini,
Aşiqlər bilərlər onun sirrini.
Bir də duymayacam şirin dilini,
Mən səni hamıdan artıq sevmişəm.

Naz eylə, son kərə nazını çəkim,
Bu dərdə tapılmaz bir loğman, həkim.
Baş qoyum dizinə, göz yaşı töküm,
Mən səni hamıdan artıq sevmişəm.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.